Bir çox məktəbdə kompüter problemi var
Yusif Nəzərli
21:24 14.11.2022
Elm və Təhsil
945
Ona görə summativ qiymətləndirmələrin rəqəmsal təşkilini bütün təhsil ocaqlarında tətbiq etmək mümkün olmayacaq
Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir. Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib. Qeyd edilir ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb.
Kiçik summativ qiymətləndirmənin rəqəmsal təşkili barədə “Şərq”ə danışan Bərdə rayonu, Qazaxlar kənd tam orta məktəbinin direktoru Elşən Ramizoğlu qeyd etdi ki, ideya müsbət olsa da, tətbiqdə problemlər yaşanacağı labüddür:
- Öncə bunu deyim ki, summativ qiymətləndirmənin rəqəmsal təskili gözəl ideyadır, çünki şagirdlərin qiymətləndirilməsi rəqəmsal həyata keçirilir, nəticədə kağız və zaman problemi azalır, həmçinin muəllimlərin də kağız üzərində qiymətləndirmə aparmaq kimi bir yükü azalır. Ancaq problem nədədir, bir çox məktəblərdə kompüter problemi var, bütün sinifləri rəqəmsal qiymətləndirməyə keçirmək texniki baxımdan mümkün deyil, hətta elə yerlər var, orada internet problemi yaşanır. Bu problem qaldığı müddətdə rəqəmsal qiymətləndirməni bütün təhsil müəssisələrində tətbiq etmək mümkün olmayacaq. Hətta fikirləşmək olmaz ki, bu məsələ yaxın günlərdə həllini tapacaq. Xeyr, bu, uzun sürən prosesdir.
Qeyd etdiyim kimi, bu tətbiqə ehtiyac var, müəllimi kağızlarla yükləmək doğru deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya