"Bu gün təhsilin bütün pillələrində nəticələr utancvericidir" - Məktəb psixoloqu
07:30 04.07.2021
Elm və Təhsil
1179
“Bu gün hər bir təhsil işçisinin nə qədər acı olsa da, etiraf etməli olduğu bir həqiqət var: ölkə təhsili artıq məktəbdən çıxıb, tədricən köçüb özəl təhsil müəsisələrinə və repetitor evlərinə”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında məktəb psixoloqu Famil Səfərov deyib. Psixoloq vurğulayıb ki, əgər bu əvvəllər yuxarı siniflərdən başlayırdısa, indi təhsilin erkən çağlarından başlayır və artıq kütləvi hala çevrilib: “Bu bərbad, qeyri-peşəkar idarəçiliklə, tamamilə bu xalqın etnopedoqoqikasına, bu günün təhsilalanın psixo-intellektual səviyyəsinə uyğun olmayan Təhsil Proqramı ilə, bu Proqramın tədrisinə əsla hazırlanmayan təhsilverənlər ilə vəziyyət bu hala gəlib. Həmçinin, gərəksiz informasiyalarla doldurulmuş, heç bir pedaqoji-psixoloji psinsiplərə cavab verməyən dərsliklər, dağılmış təlim-tədris infrakstrukturu və laboratoriyalar ilə... və daha nələr ilə sadalayıb ürəyinizi bulandırmaq istəmirəm. Odur ki, təhsilə bu yalnış və uğursuz kompleks yanaşmanın nəticəsi olaraq, bu gün təhsilin bütün pillələrində nəticələr utancvericidir. Pedaqoji heyətin 80 faizindən çoxu kurikulumun tədrisini qəbul olunmuş mövcud təlim standartlarına uyğun apara bilmir. Yuxarı sinif şagirdləri ibtidai sinif proqramı səviyyəsində adi riyazi əməliyyatları edə bilmir. Həmçinin kiçik bir mətndə saysız-hesabsız səhvlər buraxır, hətta bəziləri, ümumiyyətlə, heç yazıb oxumağı bacarmır”.
F.Səfərov əlavə edib ki, nəticə etibarı ilə, gəlin etiraf edək ki, bu gün şagird məktəbə sadəcə qaliçka xatirinə, vaxtını keçirməyə və icbari təhsil haqqında sənəd almağa gəlir: “Görünən odur ki, bu durum həm təhsili bu vəziyyətə salanları, həm qulağı dinc olmaq istəyən valideynləri, həm onsuz da əməyinə layiqincə dəyər verilməyən pedaqoji heyəti və sinifə girib 45 dəqiqəsini birtəhər yola vermək istəyən müəllimi də qane edir. Əlbəttə, hazırda az da olsa, Azərbaycan təhsilində hələ öz peşəsinin vurğunu, fənnini nəyin bahasına olursa olsun, yüksək peşəkərlıqla tədris edən səriştəli müəllimlərimiz kifayət qədərdir. Bu fədakar insanların qarşısında böyükdən kiçiyədək, hamımız baş əyməliyik, onlara səbr, dözüm və can sağlığı arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət