DİM: 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi aparılır
14:10 14.08.2022
Elm və Təhsil
394
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
Sherg.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 17:50-yə olan məlumata görə, 12 min 148 nəfər (Azərbaycan bölməsi -11 min 847, rus bölməsi – 301) qeydiyyatdan keçib. İxtisas seçimi avqustun 17-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçimi mərhələsində abituri-yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2022/2023-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat