
Diplom yox, kağız parçası: “Keçid balını toplaya bilməyənlərin xaricdə “uğurlu tələbə” olması inandırıcı deyil”
Yusif Nəzərli
15:55 05.10.2025
Elm və Təhsil
559
Savadlı tələbələrin problemi yoxdur, amma asan təhsil arxasınca gedənlər yolda qalır
Son illər xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı müraciətlərin sayı artmaqda davam edir. AzEdu.az-ın mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ünvanladığı sorğuya cavab olaraq son 3 ildə ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlərin adları açıqlanıb. Bildirilib ki, Agentliyə edilən müraciətlər əsasında aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq, kvalifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və müvafiq olaraq ən çox imtina alan universitetlər Rusiya Federasiyası, Ukrayna və Gürcüstan Respublikasının ali təhsil müəssisələrinin diplomlarıdır. Ekspertiza nəticəsində 3 ölkəyə aid, təxminən 40 universitet üzrə verilən sənədlərin böyük əksəriyyətinə tanınma imtinası verilib. Siyahıda Gürcüstan Avropa Tədris Universiteti, Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti, Xarkov Universiteti, Gürcüstan Yeni Universiteti, Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu, Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu və daha neçə-neçə ali məktəbin adı yer almaqdadır. TKTA-nın nümayəndələri bildirir ki, bu nəticələr ali təhsil almaq üçün xaricə üz tutmaq istəyən vətəndaşlar üçün önəmli siqnaldır. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər.
Valideynlər Agentliyə buna görə təşəkkür etməlidir ki, pullarını boşuna sərf edib övladları üçün diplom almaq həfəsində olmasınlar. Bu diplomlar tanınmayacaqsa, onlara pul sərf etməyə dəyərmi?
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, xaricdə təhsil 2 qrupa bölünür:

- Birinci qrupda dövlət proqramı ilə, o ölkənin təqdim etdiyi təqaüd proqramı ilə təhsil alanlardır. Bu namizədlər imtahanlarda yüksək nəticə əldə etdikdə, üstəlik, dil bacarıqlarını da təqdim etdikdən sonra seçilirlər. Bu tələbələr təhsillərini başa vurub geri qayıtdıqda diplomların tanınması problem olmur. Aldıqları təhsilə ekvivalent olaraq dövlət müəssisələrində, müəyyən şirkətlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. Digər qrup isə ölkə daxilində ali məktəblərə daxil ola bilməyib attestatla qəbulun mümkün olduğu qonşu ölkə ali məktbələrinə gedənlərdir. Azərbaycanda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında keçid balı toplaya bilməyən, aşağı nəticə göstərənlərin xarici ölkələrin ali məktəblərində yüksək nəticə göstərməsi inandırıcı görünmür. Bu məsələdə təhsil aldıqları universitetin leqal və ya qeyri-leqal olması, həmçinin tələbənin həmin ali məktəbdə akkreditasiyadan keçməməsi, o ölkədə olmaması, imtina üçün əsas sayılır. Ola bilər, universitet leqaldır, akkreditasiyası da var, amma şəxsin aldığı təhsil sertifikasiya imtahanındakı nəticələrlə müqayisədə özünü doğrultmur. Peşə imtahanında, kvalifikasiya üçün verdiyi imtahanda bilik və bacarıqlar üst-üstə düşmür. Burada hansı şərtlərlə ali məktəblərə qəbul da böyük əhəmiyyət kəsb edir, həmçinin ali məktəbi bitirmiş şəxsin bilik, bacarıq səviyyəsi də. Savadlı şəxsin, təhsil səviyyəsi yüksək olanların problemi yoxdur. Amma bu da faktdır ki, müxtəlif adlar altında fəaliyyət göstərən təhsil şirkətləri və müxtəlif kanallar vasitəsilə qeydiyyatı olan və ya olmayan universitetlərə attestatla qəbul aparılır, tələbə təhsil müddətində lazımi bilik və bacarıqlar əldə etmir, nəticədə əldə etdiyi diplom bilik səviyyəsi ilə uyğun gəlmir. Qeydiyyat, akkreditasiya məlumatlarının əks olunduğu universitetin leqallığının şübhə altında olması da prosesə təsir göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya