Direktor professorla razılaşmır: "Dəyişiklik çaşqınlığa səbəb ola bilər”
Banuçiçək Kalbalıyeva
13:17 04.05.2020
Elm və Təhsil
958
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli “Oqfoqrafiya lüğəti”nin “Orfoqrafiya normaları”na tam uyğun olmasını təklif edib. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb: ““Normalar”ın 3.3. bəndində deyilir ki, (mənbə dildə) “h” hərfi ilə başlanan alınma sözlər “h” ilə yazılır. Bu normaya uyğun olaraq yeni lüğətdə aşağıdakı sözlərin hamısı “h” hərfi ilə başlanmalıdır:
- Haymorit [xəstəlik növü, İngiltərə anatomu Haymorun (Highmore)] adı ilə bağlıdır;
- Hantel (idman aləti, almancası: Hantel);
- Herb (polyakca: herb);
- Hetman (almanca: Hauptmann);
- Higiyena (yunanca: hygienos);
- Hiyena (yırtıcı heyvan növü, yunanca: hyaina);
- Honorar (qələmhaqqı, latınca: honorarium);
- Horoskop (yunanca: höroskopos)...”
Nəsimi adına dilçilik institunun direktoru Möhsün Nağısoy isə “Sherg.az”a bildirdi ki, belə sözlərin yazılışında tez-tez dəyişiklik etmək çaşqınlığa səbəb ola bilər:
“Düzdür, mənbə dildə bu qəbildən olan sözlər “H”la yazılır. Bəlkə də, bəzilərini dəyişmək məqsədəuyğundur. Əsas məsələ ondan ibarətdir ki, sözlərin dilə yatımlılığında problem yaranmasın. Məsələn, insanlar artıq “gerb”ə, “qonorar”a öyrəşiblər. İkinci bir tərəfdən isə hər il buraxılan lüğətdə sözlərin bir formada yazılması nəsillər arasında əlaqənin itməsi ilə nəticələnə bilər. Odur ki, məncə, bütün belə sözlərin yazılışının dəyişilməsinə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm