
Düzgün ixtisas seçimi edən abituriyentlər uğurla qəbul ola biləcək -EKSPERT
11:19 16.07.2025
Elm və Təhsil
452
Bu il də həmişə olduğu kimi, ali məktəblərə qəbul planı üzrə yerlər 90 faizdən artıq dolacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Hər il bizdə plan yeri 90 faizdən çox olur”, - DİM sədri qeyd edib.
Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki, bu il ilə əvvəlki il arasında yaranmış fərq kifayət qədər əhəmiyyətlidir və bu səbəbdən ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin dolma ehtimalı yüksək, hətta 100 faizə qədər qiymətləndirilə bilər:

“Ötən illə müqayisədə cari ildə elektron ərizə qəbulunda 6704 nəfər artım müşahidə olunur. 2023-cü ildə ərizə verənlərin sayı 85182 nəfər, 2024-cü ildə isə bu göstərici 91886 nəfər təşkil edib. Plan yerlərinin sayında nisbətən artımın olması, eyni zamanda ödənişsiz təhsil platformalarının genişləndirilməsi, yeni ixtisasların yaradılması və həmin ixtisaslara plan yerlərinin ayrılması cari ildə qəbul faizinin 95–96% səviyyəsində olacağını ehtimal etməyə əsas verir. Ən çox maraq hər il olduğu kimi yenə də I ixtisas qrupu üzrə qeydə alınacaq, xüsusilə informatika, proqramlaşdırma, kompüter mühəndisliyi və kompüter elmləri kimi sahələrə üstünlük veriləcəkdir. Kimya yönümlü ixtisaslar və neft-qaz sahəsi üzrə müraciətlər də diqqətçəkicidir. 200–300 bal aralığında nəticə göstərən abituriyentlər arasında maşın mühəndisliyi, mexanika mühəndisliyi, elektrik və elektron energetika mühəndisliyinə meyillik müşahidə olunacaq. II ixtisas qrupunda əvvəlki illərdə olduğu kimi maliyyə və iqtisadiyyat sahələri üstünlük təşkil edəcək, aşağı balla nəticə göstərən abituriyentlər isə daha çox coğrafiya müəllimliyi və tarix-coğrafiya ixtisaslarına yönələcəklər”.
Ekspertin sözlərinə görə beynəlxalq ticarət və logistika ixtisasının abituriyentlər tərəfindən geniş şəkildə seçilməsi gözlənilir ki, bu da ölkələrarası iqtisadi əlaqələrin və müqavilələrin artması ilə izah oluna bilər:
“III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin hüquqşünaslıq, politologiya və dövlət-ictimai münasibətlər ixtisaslarına marağı artacaq, çünki bu sahələr məzunların dövlət strukturlarında işləməsi imkanlarını artırır. IV qrupda isə ənənəvi olaraq tibb sahəsinə yönəlmiş müraciətlər üstünlük təşkil edəcək. V ixtisas qrupunda da əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Bu artım xüsusilə qabiliyyət tələb etməyən dizayn fakültəsi kimi sahələrdə nəzərə çarpır. Ümumilikdə, cari il əvvəlki illə müqayisədə həm mürəkkəb, həm də münasib şərait təqdim edir. Düzgün ixtisas seçimi həyata keçirən abituriyentlər uğurla qəbul ola biləcək, hətta dövlət sifarişli yerlərə qəbul olmaq şansı da artacaq. Lakin ehtiyatsız və qeyri-analitik ixtisas seçimi abituriyentin ali məktəbə qəbul imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Gözləntilərə əsasən, I ixtisas qrupunda təxminən 2000 nəfərin, III qrupda 5000–6000 nəfərin, IV qrupda isə təxminən 1400–1500 nəfərin kəsilməsi mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm