
Ekspert: Uşaq bağçaları rüşvət ocağına çevrilmişdi
07:50 29.03.2024
Elm və Təhsil
625
Təhsildə varislik prinsipi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi vacib idi
Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında deyib ki, 2021-ci ilin dekabrından etibarən uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinə verilib:
“Uşaq bağçaları yerli icra hakimiyyətlərinin tabeliyində olduğu 10 il müddətində uşaqların bağçaya qəbulu, həmçinin işçi heyətinin işə qəbul prosesi şəffaf deyildi. Uşaq bağçaları rüşvət ocağına çevrilmişdi. Təhsildə varislik prinsipi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi vacib idi. Bağçalara nəzarətin yeidən ETN-ə qaytarılması bu sahədə çox ciddi dəyişikliklərə gətirib çıxardı. Hazırda uşaq bağçaları ilə bağlı problemlərdən biri də orada çalışan ixtisaslı kadr çatışmazlığıdır. Bağçalarda nəinki ixtisaslı kadrlara, orta-ali və ali təhsilli kadrlara ehtiyac var. Çünki bağçalarda işləyənlər arasında ali təhsili olmayanlar, orta məktəbi bitirənlər kifayət qədərdir. Bağçaların yerli icra hakimiyyətlərindən alınıb nazirliyə verilməsindən sonra bu problemin həlli istiqamətində ciddi addımlar atılır ki, bu da bağçalarda məktəbəhazırlıq səviyyəsini yüksəldəcək. Bağçalar məktəbəqədər təhsili əvəz edir. Bağça uşağın yeyib-yatacağı yer deyil. Bağçalar uşaqların formalaşmasına təsir edir.
Uşaq bağçalarına uşaq qəbulu sistemi elektronlaşdığı üçün bu istiqamətdə yaşanan problemlər də son iki ildə azalıb”.

K.Əsədovun sözlərinə görə, bağça müdirlərinin mərkəzləşmiş qaydada işə qəbul edilməsi məktəbəqədər təhsil müəssisələrini yüksək bilik və bacarıqları olan şəxslərin idarə etməsinə gətirib çıxaracaq:
"Bu, kifayət qədər müsbət tendensiyadır. Düşünürəm ki, belə bir addımın atılması ölkəmizdə məktəbəqədər təhsilin inkişafına öz təsirini göstərəcək və işə qəbul prosesinin aydın, əlçatan olmasına və daha savadlı şəxsləri seçmək imkanına şərait yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət