- 2065 tələbəyə ödənişsiz təhsil imkanı yaradıldı
Bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsilə keçirilib.
Sherg.az xəbər verir ki, bu haqda məlumat verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edir ki, bu vəziyyət ilk dəfə deyil. Bundan əvvəlki illərdə analoji hal yaşanıb:
- Hər il olduğu kimi bu il də Dövlət İmtahan Mərkəzi və aidiyyatı qurumlar belə bir möhtəşəm qərar verdilər. Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyəsinə keçirilən müsabiqə zamanı ödənişli əsaslarla qəbul olunan şəxslərdən nəticəsi yüksək olanlar dövlət sifarişli yerlər qaldığı üçün dövlət sifarişinə keçiriliblər. Nəticədə bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb. Dövlət sifarişli plan yerlərinin niyə boş qalmasına gəlincə, ehtimal olunur ki, bəzi abituriyentlər istədikləri ixtisas düşə bilmədikləri üçün, plan yeri boş qalan digər ixtisasları seçməyiblər. Bu vəziyyətdə dövlət sifarişli bir sıra ixtisaslarda boş yerər qalıb. DİM isə imtahanda nisbətən yüksək bal toplamış abituriyentlərə həmin ixtisaslarda təhsil almaq imkanı yaradıb.