“Məktəb “əks göstəriş” istəyir, Səhiyyə Nazirliyi “sıxlıq” var deyir – Müəllim nə etsin?!
Fidan Həmişəyeva
12:35 08.09.2021
Elm və Təhsil
1190
Ölkəmizdə ənənəvi tədris bərpa olunur. Bu barədə təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində məlumat verib.Nazir tədrisin həftədə 5 gün olmaqla təşkil ediləcəyini qeyd edib:"22 sentyabr 1-4-cü siniflər, 29 sentyabrdan 5-11-ci siniflər, 29 sentyabrdan ali təhsil müəssisələrində tədris ənənəvi formada bərpa olacaq".
Məlumdur ki, vaksin olunmayan şəxslərdən əks-göstəriş sertifikatı tələb olunur. Ancaq bununla bağlı müəyyən nöqsanlar var. Məsələn, Səhiyyə Nazirliyi əks-göstəriş vərəqəsinin verilməsində müəyyən sıxlığın müşahidə olunduğunu bildirir. Təhsil Nazirliyi isə ənənəvi tədris zamanı bu sertifaktın önəmli olduğunu vurğulayır.
Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib ki, ənənəvi təhsilin bərpasına dair qərarın qəbul edilməsi gözlənilən idi. Çünki Nazirliyin dayanıqlı təhsilə mövqeyi həmişə pozitiv olub:
“Əsas odur ki, uzun sürən intizara son qoyuldu, çoxlarını maraqlandıran suallara aydınlıq gətirildi. Ən başlıcası isə böyük əksəriyyətin arzu və istəyinə uyğun olaraq tədrisin ənənəvi formada başlanmasına kollegial qərar verildi. Hesab edirəm ki, verilən qərar bu gün üçün ən optimal variantdır”.
“Tədrisə niyə sentyabrın 15-i deyil, məhz 22-si və 29 başlanılır?” sualına gəlincə, ekspert diqqətə çatdırıb ki, bu, işə mərhələli keçidin təmin edilməsi ilə bağlı məsələdir:
“Bir də ki, tədrisin bir-iki həftə geriyə çəkilməsi, müddət baxımından elə də bir mahiyyət daşımır».
N.İsrafilovun sözlərinə görə, ənənəvi tədrisə başlanılması,heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınlıq yaranmasına əsas vermir:
“Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi, vaksinasiyadan, təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq.
Yoluxmanın səviyyəsinə müvafiq olaraq lokal yanaşma tətbiq oluna bilər, ayrı-ayrı siniflərin distant təhsilə cəlb olunması, ayrı-ayrı məktəblərin müvəqqəti qapanması da istisna olunmur.
Bu kimi halların qarşısının alınması üçün, orta ümumtəhsil məktəblərində müəyyən məhdudiyyətlər, ali məktəblərdə müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur. Əyani təhsilin davamlılığı - təhsil və təhlükəsizliyin vəhdətinin təmin edilməsindən asılı olacaq.Sual doğuracaq müəyyən məqamlara bunlar yeri gəldikcə nəzərə alınacaq və tənzimlənəcək.
Vaksinasiya və əks göstəriş sertifikatı ilə əlaqədar hər hansı bir problemə görə heç kəs təhsildən kənar qalmayacaq. Yəqin ki, yaxın vaxtlarda ictimailəşəcək qaydalarda bütün bu məqamlar öz əksini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya