Məktəblərdə baza təhsili ana dilində olmalıdır
Yusif Nəzərli
09:52 19.08.2022
Elm və Təhsil
705
Namiq Musalı: "Uşaqlarımız niyə dövlət dilində yox, əcnəbi dildə təhsil almalıdır"
Dövlət hesabına rusdilli təhsilin tamamən ləğv edilməsini məqsədəuyğun hesab edirik
Sabiq təhsil naziri Misir Mərdanovun “Uşaq ilk təhsilini doğma ana dilində almalıdır. Yad dildə ibtidai təhsil genetikanı dağıdır” fikirləri cəmiyyətdə ciddi fikir ayrılığı yaradıb.
M.Mərdanov deyib ki, ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür. Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq." M.Mərdanovun bu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb və uşaqların rusdilli məktəblərdə təhsil alması problemini yenidən gündəmə daşıyıb. Hətta bəzi rusdilli valideynlər tərəfindən qəzəblə qarşılanıb.
Əksəriyyət Mərdanovun fikirlərini bəyənib, son dərəcə əhəmiyyətli tövsiyə kimi dəyərləndirsə də, bəzi ziyalılara görə, ana dilində sərbəst danışa bilməyən, lakin öz vətənini müdafiə edən nə qədər mədəni və hətta tarixini ana dilində danışandan daha yaxşı bilən insanlar var.
Maraqlıdır, insanın mədəniyyəti və özünü tanıması onun danışdığı dildən asılıdır?
Professor Namiq Musalı “Şərq”ə rusdilli məktəblərdə oxuyan uşaqların əksəriyyətində milli hisslərin zəif olması, onların folklorumuzdan, tariximizdən xəbərsiz olması kimi fikirləri doğru hesab etdiyini deyib: "Ölkəmizdə rusdilli təhsilin və hətta ictimai həyatda rusca ünsiyyətin süni şəkildə təşviq və təbliğ edilməsi, rus bölmələrindəki şagirdlərin sayının artırılmasına yönəlmiş addımlar milli dövlətçiliyimizin gələcəyi ilə bağlı dərin narahatlıq doğurur. Bütün bu proseslərin dövlət dilimizin rus dili tərəfindən sıxışdırılmasına və nəticə etibarilə respublikamızda ruspərəst qüvvələrin güclənməsinə xidmət etdiyi heç kimə sirr deyil. Başqa bir ölkənin dilinin təhsil sisteminə belə müdaxiləsi, dövlət dilindəki təhsili tədricən kölgədə qoyması dövlətçiliyə və milli ideologiyaya ciddi təhdiddir.
Bu baxımdan ziyalılarımızın bu məsələ ilə bağlı narahatlıqlarını ifadə etməsi son dərəcə müsbət və təqdirəlayiq bir haldır. Şübhəsiz ki, uşaqların xarici dilləri, o cümlədən də rus dilini öyrənməsinə qarşı deyilik. Əlavə dil bilmək yaxşıdır, amma bu, ana dilinə laqeyd yanaşmağın hesabına olmamalıdır.
İstər XVIII-XX əsrlər tariximizin öyrənilməsi, istərsə də bu gün qonşuluq münasibətlərinə malik olduğumuz Rusiya ilə iqtisadi, siyasi və mədəni münasibətlərin saxlanması baxımından ölkəmizin rus dilində bilən mütəxəssislərə ehtiyacının olduğu qənaətindəyik və bu məqsədlə rus dilinin də xarici dil kimi keyfiyyətli tədrisini vacib sayırıq”.
Professorun sözlərinə görə, ana dili şəxsiyyətin, millətin və dövlətin formalaşmasında, inkişafında xüsusi rola malikdir.
Bu səbəbdən də dövlət orta ümumtəhsil məktəblərinin hər birində baza təhsili ana dilində olmalı, rus dili də digər Avropa dilləri kimi xarici dil statusunda tədris edilməlidir: “Uşaqlarımız niyə dövlət dilində yox, əcnəbi dildə təhsil almalıdır? Bunu bəziləri fəxr sayırlar. Hesab edirik ki, əcnəbi dilli məktəblər büdcə hesabına yox, ödənişli olmalıdır. Bu, dünyanın hər yerində belədir. Konstitusiyamızda və “Təhsil haqqında” Qanunda da belə qeyd edilib.
Bu məqsədlə dövlət hesabına fəaliyyət göstərən rus məktəblərinin sayının ilk növbədə ixtisar edilməsinə və bu məktəblərdə təhsil alan şagirdlərin sayının məhdudlaşdırılmasına başlanmasını, gələcəkdə bu prosesin sonunda isə dövlət hesabına rusdilli təhsilin tamamən ləğv edilməsini məqsədəuyğun hesab edirik. Bu zaman müvafiq dövlət qurumlarındakı ana dili diskriminasiyası aradan qalxmış olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat