NASA azərbaycanlı şagirdi mükafatlandırıb
Yusif Nəzərli
05:30 03.11.2021
Elm və Təhsil
762
ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
“Report”un yerli bürosu xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.
NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
S.Məmmədovanın atası Emil Məmmədov müsahibəsində qızının böyük uğurundan danışıb:
“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində “Doris” fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm