
Nazir icra başçılarını deşifrə edir:“Bağça müəllimlərinin sertifikasiyası…” – Çoxu kəsiləcək!
Yusif Nəzərli
14:38 23.12.2021
Elm və Təhsil
1982
“Uzun zamandır, bağçalar icra hakimiyyətlərinin nəzdində idi”
“Bu səbəbdən də direktorların, müəllimlərin və digər tərbiyəçilərin işə qəbulu hansısa imtahan və müsabiqə nəticəsinə əsasən müəyyən olunmurdu”
“Burada hər hansısa tanışlıq, tapşırıq və ya illeqal yollar var idi. İndi də müəyyən qədər narazılıqlar olacaq”
Təhsil naziri Emin Əmrullayev ötənlərdə baş tutan brifinqdə məktəbəqədər təhsil müəssisələrinə diqqət çəkib. O qeyd edib ki, bu müəssisələrdə təhsilin keyfiyyəti yüksəldiləcək:“Orada çalışan müəllimlər və tərbiyəçilər üçün təlimlər təşkil olunacaq, onların diaqnostik qiymətləndirilməsi aparılacaq”.
Təhsil nazirinin açıqlamasından sonra sözügedən müəssisələrd çalışan bəzi müəllimlər və yaxınları narahat olmağa başlayıblar. Onlar diaqnostik qiymətləndirilmədən keçə bilməyəcəklərini anladıqları üçün təlaş keçirirlər. Axı indiyə qədər bağçalara işə qəbul olunan müəllimlərin seçimi heç də ədalətli və şəffaf aparılmayıb. İcra Hakimiyyətləri başçıları həmin postlara ya öz qohum-əqrəbası təyin edib, ya da imtahan olunmadan tapşırılaraq və rüşvət verərək işə cəlb olunublar. İndi də nazir bu işə əncam çəkmək istəyini ortaya qoyub.

Vəziyyəti dəyərləndirən təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az”a bildirib ki, Təhsil Nazirliyinin bu sahədə islahat aparması düzgün qərardır:
“Hər bir halda bu addım doğrudur. Müəllimlər sertifikasiyadan keçməlidir. Qeyd edim ki, öncələr bu sertifiksiyalar məktəbəqədər təhsil müəssisələrində aparılırdı. Son zamanlar isə həmin fəaliyyət dayanmışdı. İndi yenidən davam etməsini alqışlayıram. Bu sertifikasiyalar müəllimlərin peşə yararlığını yoxlanılması məqsədilə nəzərdə tutulub. Fikrimcə, doğru qərardır. Bu qərarın təyinatlar uğrunda mübarizəni artıracağını düşünürəm”.
E.Ramizoğlu hesab edir ki, bu qərar müəyyən şəxslərin narazılığına səbəb olacaq:
“İlk növbədə onu qeyd edim ki, uzun zamandır, bağçalar icra hakimiyyətlərinin nəzdində idi. Bu səbəbdən də direktorların, müəllimlərin və digər tərbiyəçilərin işə qəbulu hansısa imtahan və müsabiqə nəticəsinə əsasən müəyyən olunmurdu. Burada hər hansısa tanışlıq, tapşırıq və ya illeqal yollar var idi. İndi də müəyyən qədər narazılıqlar olacaq. Bu narazılıqlar tapşırılan şəxslər tərəfindən ola bilər. Çünki həmin şəxslər sertifikasiyadan keçə bilməyəcək”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət