Neçə müəllimin və şagirdin kompüteri yoxdur? – Cavablar var, amma...
Banuçiçək Kalbalıyeva
06:16 05.04.2021
Elm və Təhsil
709
“Hökumət distant formada təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb. Nazirlik isə bu problemin həllini müəllimlərin və valideynlərin boynuna yıxıb”. Bunları “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Bu barədə daha ətraflı “Sherg.az”a danışan ekspertin sözlərinə görə, qaranlıq məqamlar kifayət qədərdir:
“Təhsil Nazirliyi ötən gün təşkil etdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Gözlənildiyi kimi, nazirlik çoxluğun distanta üstünlük verdiyini bildirib. Bunu nəzərə alan qurum pandemiya müddətində əsasən distant təhsil formasına üstünlük verəcək.
Amma hələlik nazirlik distantla bağlı, daha doğrusu, distant təhsilin keyfiyyəti ilə bağlı zəruri olan bir çox məsələlərə aydınlıq gətirməyib. Uzun müddət ölkədə distanta hazırlıq aparılmayıb. Texniki-texnoloji və hüquqi əsaslar yaradılmayıb.
Baxmayaraq ki, nazirliyin əlində bununla bağlı ictimai əhəmiyyət kəsb edən informasiyalar var. Təssüf ki, onlar indiyədək açıqlanmayıb: Neçə müəlimin kompüteri yoxdur?; Neçə şagirdin kompüteri yoxdur?; Neçə müəllim və ya şagirdin internet ödəniş imkanı yoxdur?; Neçə şagird və müəllimin keyfiyyətli internetə əlçatanlığı yoxdur?; Neçə müəllim və şagirdin distant üçün evdə normal şəraiti yoxdur və mənimsəmə zəifdir?; Distant üçün zəruri olan rəqəmsal tədris resursları, metodiki təminat yetərlidirmi?; Neçə müəllim və şagirdin rəqəmsal bacarıqları yetərli deyil”?..
O.Gündüz, problemin ciddi olduğunu dedi:
“Bu sualların hamısının cavabı Təhsil Nazirliyində var. Fikrimcə, nazirlik keyfiyyətli distantın təşkili üçün ölkə üzrə şəraitin qənaətbəxş olmadığını bilir. Güman etmək olar ki, bununla bağlı nazirlik hökumətə də texniki-texnoloji dəstək üçün müraciət edib.
Lakin məlum olduğu kimi, indiyədək hökumət bu istiqamətdə nazirliyə dəstək verməyib. Belə olan halda isə nə qədər qəribə görünsə də, nazirlik problemin həllini müəllimlərin, şagirdlərin və valideynlərin üzərinə atmaq məcburiyyətində qalıb.
Görəsən, bununla biz Dördüncü sənaye inqilabının çağırışlarına, rəqabətə davamlı ölkə üçün zəruri tələblərə cavab verən kadrlar hazırlaya biləcəyikmi”?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm