
Orta məktəblərdə dərslərin başlaması sevindiricidir
06:10 29.09.2021
Elm və Təhsil
799
Ancaq ali məktəblərdə tədrisin təşkili bir sıra çətinliklər yaradacaq
Sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır. Təhsil müəssisələrində ilk dərslər Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq. Xatırladaq ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ilinə başlanılıb.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, sentyabrın 29-dan etibarən ölkədə tədrisin tam bərpa olunması böyük hadisədir. Ekspert bildirib ki, pandemiya dövründə dərslərin mənimsənilməsində ən çox ibtidai sinif şagirdləri əziyyət çəkib:
"Bu baxımdan ibtidai sinif müəllimləri xüsusən anlayışlı olmalıdırlar. Onlar nəzərə almalıdırlar ki, bu şagirdlər tədris prosesindən tamamilə kənarda qalıblar və birdən-birə proqramın mənimsənilməsində çətinlik çəkəcəklər. Hesab edirəm ki, tədrisin ilk vaxtlarında müəllimlər çalışmalıdır ki, 1 il 6 ay ərzində keçirilməyən və yaxud da zəif keçirilən mövzuları şagirdlərə yenidən başa salsınlar. Nəzərə alaq ki, bu müddət ərzində şagirdlərin bir çoxu texniki fənlərin mənimsənilməsində müəyyən çətinliklərlə üzləşiblər. Diqqətin bu fənlərə yönəldilməsi xüsusilə önəmlidir. Bunun üçün şagirdlərin diaqnostik qiymətləndirilməsini həyata keçirmək lazımdır. Yəni diaqnostik imtahan nəticəsindən sonra şagirdlərin hansı mövzunu necə mənimsədiyini müəyyənləşdirmək mümkün olacaq. Ancaq ali məktəblərdə tədrisin təşkili bir sıra çətinliklər yaradacaq. Çünki ali məktəblərlə bağlı müəyyən problemlər var. Yəni bu il dərslər ali məktəblərdə hibrid formada təşkil olunacaq. Təbii ki, bunun özü də çətinlik yaradacaq. Həmçinin, onu da qeyd edim ki, ali məktəblərdə tədris proqramı ilə bağlı bizi bu il ciddi yeniliklər gözləyir".
Təhsil eksperti qeyd edib ki, yaşı 18-dən yuxarı olan tələbələrin vaksinasiya olunması ilkin tələblərdən biridir:
"Amma bu o demək deyil ki, ali və orta ixtisas təhsil müəəssisələrində təhsil alanlar vaksin olunmasalar tələbə sırasından xaric olunacaq. Düzdür, ali təhsil müəssisələrinə tələbələrin qəbulu, eyni zamanda xaric edilməsi qaydalarında var ki, daxili nizam-intizam qaydalarının pozulması tələbələrin ali və orta ixtisas məktəblərindən kənarlaşdırılması göstərilə bilər. Amma burda bir məsələ var ki, hazırda qanunvericilikdə peyvənd olunmadığına görə tələbələr sırasında xaric edilmə bu hallar sırasında yoxdur. Əgər tələbə daxil nizam-intizam qaydasını pozarsa və akademik göstəricisi aşağı olarsa, təbii ki, o, tələbələr sırasından çıxarıla bilər. Əgər 18 yaşda olan şəxslər vaksin olunmasalar, o zaman onlar uzun müddət tədris prosesindən kənarda qalacaq ki, bu da onun tələbələr sırasından çıxarılmasına gətirib çıxarda bilər".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi