Orta məktəblərdə "günü uzadılmış qruplar" olacaq
Məlahət Rzayeva
08:29 26.05.2021
Elm və Təhsil
1948
Bu layihə ödənişsizdir, ibtidai siniflərdə keçiriləcək
Növbəti tədris ilindən orta ümümtəhsil məktəblərində "günü uzadılmış qruplar" olacaq. Bu barədə sosioloq Lalə Mehralı feysbuk səhifəsində paylaşım edib. Sosioloq təşəbbüsü bəyənir və qeyd edir ki, günü uzadılmış qrupları uşaqlara ödənişsiz repetitor köməyi adlandırmaq da olar:
- Çox gözəl təşəbbüsdür, amma zayını çıxarmasalar. Mən 1-ci sinifdə oxuyanda bizim məktəbdə də vardı, ittifaq dağılan kimi onu da dağıtdılar, nə əlaqəsi vardısa. Dərsdən sonra o qrupların müəllimləri (indiki repetitor) bizi əvvəlcə yarım saat dincəldirdi. Sonra ev tapşırıqlarını qrup müəllimlərinin nəzarəti ilə edirdik. Səhərin dərsinə 100 faiz hazır olurdu sinif. Dərs bitdikdən sonra əyləncəli oyunlar olurdu. Adətən 2 saat çəkirdi qrup məşğələləri. Sonra uşaqları bir-bir evinə ötürürdü müəllimlər. İş-güc dalınca gedən valideynlər üçün də çox əlverişlidir, hələ maddi tərəfini demirəm.
Günüuzadılmış qruplarla bağlı “Şərq”ə açıqlama verən təhsil eksperti Elşən Ramizoğlu bildirdi ki, günüuzadılmış qruplarla bağlı “Təhsil haqqında” qanunda xüsusi bənd var. Qanunun tələblərinə əməl edilməyə başlanılırsa, əlbəttə, bu müsbət haldır:
- Orta ümümtəhsil məktəblərində günüuzadılmış qrupların təşkili Təhsil Nazirliyinin rəsmi qərarıdır. Növbəti tədris ilindən bu qruplar fəaliyyət göstərəcək. Məlum olduğu kimi günüuzadılmış qruplar ibtidai sinifləri əhatə edəcək. Qruplar tamamilə ödənişsizdir, kim istəsə uşağını əsas dərs saatları bitdikdən sonra günüuzadılmış qruplara yazdıra biləcək. Bu çox faydalıdır. Şagirdlər üçün də, müəllimlər üçün də, valideynlərə də. Günüuzadılmış qruplarda məşğul olan uşaqlar əsas dərs saatlarından sonra müəllimlərin köməyi ilə ev tapşırıqlarını yerinə yetirəcəklər, keçilmiş dərsləri təkrarlayacaqlar. Bu, uşaqlarda, xüsusilə nəzərə alsaq ki, söhbət məktəbə, tədrisə yeni alışmağa başlayan ibtidai sinif şagirdlərindən gedir, ev tapşırıqlarının yerinə yetirilmə qaydasını mənimsəməyə, tapşırıqlara düzgün yanaşma tərzinin formalaşmasına kömək edəcək. Müəllimlər üçün də faydalı olacaq, bu baxımdan ki, şagirdlərlə daha yaxın təmasda olacaqlar, şagirdləri daha yaxından tanıya biləcəklər, sinifdə ev tapşırıqlarını şagirdlərə başa salmağa əlavə vaxt sərf edilməyəcək.
Valideynlər üçünsə, düşünürəm xüsusilə faydalı olacaq. Bilirik ki, valideynlərin heç də hamısı uşaqların ev tapşırıqlarını yoxlamağa, dərslərini öyrənməkdə, mövzuları mənimsəməkdə uşaqlara kömək edə bilmirlər. Adətən əksəriyyətinin buna vaxtı, imkanı çatmır, bəzilərinin də, etiraf edək ki, savadı. Amma günüuzadılmış qruplarda uşaqlar müəllimlərin köməyi ilə çətinliklərin öhdəsindən gələ bilər. Evdə dərslərlə məşğul olmağa bəlkə heç ehtiyac da qalmaz.
Çünki hazırda tədris proqramlarının yükü ağırdır. Uşaqlar dərsdən sonra saatlarla yenə dərs çalışmalı olurlar. Uşaqların nəinki başqa məşğuliyyətlərə, həm normal istirahət etməyə də zamanları qalmır. Bu, uşaqların normal fiziki inkişafını ləngidir. Uşaq vaxtlı-vaxtında yatmalı, yuxusunu tam almalı, əylənməyə, oyunlara vaxtı olmalıdır. Bu mənada günüuzadılmış qrupların fəaliyyətə başlaması, hesab edirəm ki, ibtidai təhsil sistemi üçün çox müsbət hadisə olacaq.
E.Ramizoğlu bildirdi ki, qrupların 20-25 nəfərlik təşkil ediləcəyi gözlənilir.
Bir məşğələnin müddəti 30 dəqiqədir. Gün ərzində neçə məşğələnin keçiriləcəyi isə həmin günün dərs saatlarından, keçilən mövzulardan asılı olacaq. Əlavə olaraq günüuzadılmış qruplardakı uşaqların açıq havada gəzintisi də nəzərdə tutulur. Uşaqların əlavə məşğuliyyəti üçün günüuzadılmış qruplar faydalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat