Qəbul imtahanları ləğv olunsun!
Yusif Nəzərli
12:54 17.08.2022
Elm və Təhsil
620
“Ali məktəblərə qəbul attestatla həyata keçirilməlidir”
“Abituriyentlər Türkiyə, Ukrayna universitetlərinə necə asanlıqla qəbul olursa, həmin üsulu biz də tezliklə tətbiq etməliyik”
“Diplom almağı çətinləşdirin ki, kadrlar savadlı yetişsinlər”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda iştirak edib. M.Abbaszadə bildirib ki, bu il keçirilən qəbul imtahanlarında dördüncü ixtisas qrupu üzrə abituriyentlərin göstərdiyi nəticələr yüksək olub. Onun sözlərinə görə, IV qrupda 600-dən yuxarı bal toplayanların sayı 511 nəfərdir:“Ötən il bu say 408 nəfər olub. Bu qrupda 200-dən yüksək nəticə göstərənlərin hər biri ali məktəbə qəbul oluna bilər”.
Prosesi dəyərləndirən Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Sherg.az”a bildirdiyinə görə, ölkəmizdə qəbul imtahanları o qədər sadə olmalıdır ki, orta təhsil üzrə attestat almış hər kəsin universitetə qəbul olma şansı olsun:
“Dünya təcrübəsində belədir. Azərbaycanda orta təhsil almış insanların böyük qismi xaricə üz tutur. Çünki qəbul şərtləri onları qane edir. Bizsə ali məktəblərə qəbul prosesini çətinləşdirib diplom almağı asanlaşdırmışıq. Bizim ən böyük nöqsanımız da budur. Cəmiyyətimizə fikir verin, övladlarımız ali məktəblərə qəbul olunanda böyük qonaqlıqlar veririk. Amma o ali təhsilini başa vurub diplom alanda heç çay qonaqlığı da vermirik. Bu adi nüans bizim ali məktəbin diplomuna necə əhəmiyyətsiz yanaşdığımızı göstərir. Biz bir universitetin verdiyi tələbə biletini dövlətin verdiyi diplomdan üstün tutan toplumuq”.
Professor düşünür ki, “qəbul imtahanı” ifadəsi kökündən yanlışdır:
“Bu ifadədən imtahan sözünü ümumiyyətlə çıxarmalıyıq. Sadəcə ali məktəblərə qəbul attestatla həyata keçirilməlidir. Bütün dünya təcrübəsində də belədir. Universitet mədəni bir müəssisədir. İmkan verin hər kəs bu mədəni müəssisəyə ayaq bassın. Siz diplomu almağı çətinləşdirin ki, kadrlar savadlı yetişsinlər”
Meşədən mebel sexinə gətirilən ağaca niyə o anda qiymət qoyursan axı? Bir az gözlə zamanla ondan mebel düzəlt sonra o mebelə qiymət qoy”.
Ş.Əsgərov ali təhsil almaq üçün xaricə üz tutan abituriyentlərdən söz açıb:
“Bizim yüzlərlə gəncimiz ali təhsil almaq xaricə üz tutur. Onları xaricə göndərmək üçün valideynlər çox böyük əziyyət çəkirlər. Biri heyvanını, digəri maşınını satır. Amma həmin uşaqların normal şərtlərlə burdakı ali məktəbə qəbul olma şansı olsa, həmin valideylər də rahat olar. Abituriyentlər Türkiyə, Ukrayna universitetlərinə necə asanlıqla qəbul olursa, həmin üsulu biz də tezliklə tətbiq etməliyik.
Bir il Danimarkada, yarım il Finlandiyada tədqiqatlar aparan biri olaraq otuz ildir bu haqda danışsam da, heç kəs bunun mahiyyətini anlamır. Əlinizdə bıçaq varsa, ondan düzgün istifadə etməyi bacarmalısınız. Əks halda özünüzə xəsarət yetirə bilərsiz.
Bizim təhsil sistemində təəssüf , bu prinsipə əməl edən yoxdur. Ona görə də nəticədə “xəsarət alan” təhsil sistemimiz olur”. Elm xadimi diqqətə çatdırıb ki, hazırda ölkəmizin təhsil sistemində çox qəribə bir sistem yaranıb. Günahkarın kim olduğu isə bilinmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat