
Şagirdləri parklara da aparmaq olar -EKSPERT
Şagirdləri parklara da aparmaq olar -EKSPERT
07:35 06.09.2024
Elm və Təhsil
503
İlk dərs günü "Yaşıl dünya naminə həmrəylik” mövzusunda olacaq
Canlı təbiətlə təmasda dərs keçmək daha faydalı və yaddaqalan olardı
Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda elm və təhsil naziri növbəti əmr imzalayıb. Yeni əmr ilk dərs gününün hansı mövzuda olacağıyla bağlıdır. Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən 2024-2025-ci ilin ilk dərs günü "Yaşıl dünya naminə həmrəylik” mövzusunda olacaq. Qeyd edilir ki, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilməsi tövsiyə olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Prezidentin sərəncamıyla 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi üçün ümumən ölkədə bu istiqamətdə işlər aparılır, görülən işlər bir çox sahələri əhatə edir. Elm və Təhsil Nazilriyi də təbii ki, bu fəaliyyətdən kənarda qalmaq istəmir:

- Elm və təhsil nazirinin ilk dərs gününün mövzusunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmasına dair əmr imzalaması bu məqsədə xidmət edir:
- Bilirik ki, bu ilin noyabr ayında ölkəmizdə mötəbər beynəlxalq tədbir – COP29 keçiriləcək. Bu mötəbər tədbirə hazırlıqlar ən yüksək səviyyədə davam edir. Elm və təhsil naziri də bunu nəzərə alaraq müəllimlərin ilk dərs gününü bu mövzuya həsr etməsini tövsiyə edib. Şagirdlərə yaşıl dünya, onun faydaları, qorunması, gələcək nəsillərə ötürülməsi, hər bir vətəndaşın yaşıl dünya naminə nə iş görə biləcəyi və sair mövzularda maarifləndirici dərs keçilməlidir. Hesab edirəm ki, müəllimlər zatən məlumatlıdırlar, ən azından məlumatlı olmalıdırlar. Ona gorə də müəllimlər bu mövzuda maarifləndirici dərs keçməkdə, məncə, çətinlik çəkməzlər. Praktiki dərslər də ola bilər. Şagirdləri əyani şəkildə məlumatlandırmaq, onları ölkədə aparılan işlərlə, yaşıl dünya naminə həyata keçirilən layihələrlə tanış etmək məqsədəuyğun olar. Bir çox ölkələrdə əyani dərslərə daha çox önəm verilir. Şagirdlər tez-tez təmiz havada, təbiət qoynunda olur, dərslər də bu şəraitdə keçilir. Builki ilk dərs günü ölkəmizin təbii ehtiyatları, sərvətləri, təbii resurslara qənaət, mövcud ekoloji durum, meşələrin, yaşıllıqların qorunması, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, ağacəkmə kampaniyaları, yaşıllaşdırma, abadlıq işləri, alternativ enerjidən istifadə, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerjiyə keçid barədə uşaqlara xeyli məlumat vermək, həmçinin əyani göstərmək də olar. İlk dərs günü şagirdləri hətta parklara da aparmaq olar, orada canlı təbiətlə təmasda dərs keçmək daha faydalı və yaddaqalan olardı, məncə. Görüntü uşaqların yaddaşında daha dərin iz qoyur, nəinki danışıq, cümlələrlə fikri ifadə etmək. Yaşıl dünya naminə həmrəylik qlobal məsələdir. Və düşünürəm ki, uşaqlara bunun faydalarının və zəruriliyinin anladılması vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan edam edilən baş nazirin ailəsini qəbul etdi
15:55 26.05.2026
Dünya
Azərbaycanda ən yaşlı seçici 136 yaşlı Əzizova Tamam Əli qızıdır
15:53 26.05.2026
Siyasət
Ermənistan 6-7 ölkədən silah-sursat alır
15:49 26.05.2026
Gündəm
Sumqayıt şəhərində xırda dənəli dolu yağır - FAKTİKİ HAVA
15:37 26.05.2026
Ekologiya
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur