Şagirdlərin məktəblərarası daşınmasına 5 milyon manat xərclənəcək

Şagirdlər məktəblərarası daşınma xidməti ilə təmin ediləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “Qala Express” MMC arasında müqavilə bağlanıb.

Müqavilənin şərtlərinə əsasən, sözügedən xidmətlərin icrası üçün idarə “Qala Express” MMC-yə 4 milyon 735 min 96,98 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə Şükürov Elşən Təvəkkül oğludur.