Sərt tənqid:«Pandemiya bitənədək təhsil sistemini donduraq”
Banuçiçək Kalbalıyeva
10:25 03.04.2021
Elm və Təhsil
704
“Bəzi beyindən əziyyət çəkənlərə deyim ki, mənə onlayn-distant daha çox sərf edir. Ona görə ki, belə olan halda icarə pulu ödəmirəm, digər xərclərdən azadam amma rəhbəri olduğum mərkəzlər fəaliyyət göstərir. Və mən gəlirimi də əldə edirəm, dövlətdən də maliyyə dəstəyi alıram. Əlavə də olaraq rahat universitetdə və kollecdə dərsimi onlayn-distant keçirəm”.- Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O, “Sherg.az”a açıqlamasında distant təhsilin əhəmiyyətsiz olduğunu bildirib:
“Mən şəxsi maraqları yox, ictimai maraqları üstün tuturam. Belə ki, onlayn-distant dərs birmənalı olaraq keyfiyyətsizdir.
“Teledərs”, “Virtual məktəb” tamamilə lazımsızdır və öyrədici funksiyası yoxdur. Şagirdlərin alətləri, interneti lazımi səviyyədə deyil. Gəlin, özümüzü aldatmayaq.
İctimai nəqliyyatda sərnişinlər sıxlıqdan tərpənə bilmirlər.
Məktəbdə iltizam yazan şagirdlər ya hazırlıq kurslarındadır, ya repititor yanında, ya da küçədə oynayırlar. Dükan, iaşə obyektləri, market və restoranlarda yer yoxdur, hamı yapışıb bir-birinə. Yoluxma faktı var. Amma vaksinasiya gedir. 500 min insan vaksinasiya olunub. Təhsildə çalışanların 50 faizi peyvəndlənib.
Bəs nəticə? Onlayn-distant tədrisdə uşaqlar kor olur, beli əyri olur, inkişafdan geri qalır, psixoloji sarsılır. Çıxış yolu isə budur ki, pandemiya bitənədək ümumiyyətlə, təhsil sistemini donduraq. Hər kəsin əmək haqqı dayandırılsın. Çünki təhsil öz öhdəliklərini yerinə yetirmir. O zaman dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm