"Son zəng” çalındı ! - Əlvida, məktəb !
Banuçiçək Kalbalıyeva
10:48 12.06.2020
Elm və Təhsil
2527
“Nazirlik bu qərarla abituriyentləri sevindirdi. Əlbəttə, “Son Zəng” şagirdlik dövrünün ən yaddaqalan anıdır”
"Diplom önəmli deyil. Ən yüksək uğur əsl vətəndaş, dövlətimizə, millətimizə, bayrağımıza, Prezidentimizə layiq azərbaycanlı olmaqdır!"
Təhsil Nazirliyinin verdiyi müvafiq qərara uyğun olaraq bu il orta məktəb məzunları üçün “son zəng” virtual qaydada keçiriləcək. Əvvəlcə bütün bölgələrin məzunları birlikdə himn oxuyacaqlar. Ardınca 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Virtual “son zəng”i iyunun 12-də “Mədəniyyət”, “ARB24” və “Real” televiziyaları yayımlayıb.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80646 şagird bitirəcək.
Təhsil Nazirliyinin bu təşəbbüsünü “Sherg.az”a qiymətləndirən təhsil eksperti, əməkdar müəllim Almaz Həsrətin fikrincə, sözügedən qərar şagirdlər üçün sevindiricidir:
“Nazirlik bu qərarla abituriyentləri sevindirdi. Əlbəttə, “son zəng” şagirdlik dövrünün ən yaddaqalan anıdır. Məktəblilərimiz bir az dəyişikliklə olsa belə, bu il də həmin əvəzsiz, xoş duyğulardan məhrum olmayacaqlar. Mən şəxsən buna görə öz adımdan təhsil nazirinə minnətdarlığımı bildirirəm”.
A.Həsrət universitet məzunlarından ötrü də hansısa narahatlığa ehtiyac olmadığını söylədi:
“Düzdür, bu layihə ancaq məktəblilər üçün nəzərdə tutulub. Amma nəzərə almaq lazımdır ki, tələbələr hələ məzun olmayıblar. Onlar imtahanlar verir, yarımçıq qalmış işlərini yekunlaşdırırlar. Əminəm ki, tələbələrimizə də oxşar şərait yaradılacaq və gənclərimiz bu dövrlərinin son dəqiqələrində belə, yenə birlikdə olacaqlar”.
Təhsil eksperti, həmçinin şagirdlərə gələcək fəaliyyətlərində uğur arzulamağı da unutmadı:
“Bütün məzunlarımızı təbrik edirəm. Ən əsası odur ki, yüksək bacarığa malik, gərəkli peşəyə sahib olasınız. Kim istəsə, ali məktəbə qəbulda özünü sınaya bilər. Amma ən önəmlisi onların varlığıdır! Ali təhsil almaq üçün imtahanda az bal toplasalar belə, hər bir yeniyetmə bizim canımız, varımızdır. Həyatda diplom önəmli deyil. Ən yüksək uğur əsl vətəndaş, dövlətimizə, millətimizə, bayrağımıza, Prezidentimizə layiq azərbaycanlı olmaqdır! Olacaqlar da! Mən buna tam əminəm!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə