Sual kitabçasının fotosunu yayan şagirdə cəza istənildi: “Xuliqanlıqdır”
Banuçiçək Kalbalıyeva
15:17 10.06.2020
Elm və Təhsil
852
“Belə şagirdlərin işi ləğv olunmalıdır ki, digərləri də dərs çıxarsın”
“Onlar Azərbaycan təhsili ilə zarafat etməyin yolverilməz olduğunu anlamalıdırlar”
Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq, ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub. Onun imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.
Hər şeyi başa düşmək olar, amma şagirdin sual kitabçasının fotusunu çəkib paylaşmağı heç bir məntiqə sığmır. Bir şagird bilə-bilə niyə on bir ilinin üstündən xətt çəksin ki? Doğrudan da, anlaşılan deyil.
Təhsil eksperti Nabatəli Qulamoğlu bu barədə “Sherg.az”a danışarkən həmin şagirdə cəza tələb edib:
“Əminliklə deyə bilərəm ki, bu şagird ali məktəbə uyğun deyil. O, sadəcə axına düşərək, “Mən də imtahan verdim” demək məqsədilə imtahan zalına gedib. Savadlı şagird əsla bu cür əməl törətməz. Şəxsən mənim fikrimcə, bu işdə cinayət əməli var və həmin şagirdə qarşı müvafiq qaydada iş açılmalıdır. Sual kitabçasının fotosunu paylaşmaqla nə əldə etmək olar ki? Bu, sadəcə xuliqanlıqdır. DİM-i, Təhsil Nazirliyini lağa qoymaq deməkdir. Adətən tənqidi mövqedə çıxış etsəm də, bu dəfə verilən qərarı tam ədalətli hesab edirəm. Belə şagirdlərin işi ləğv olunmalıdır ki, digərləri də dərs çıxarsın. Onlar Azərbaycan təhsili ilə zarafat etməyin yolverilməz olduğunu anlamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə