Tədris müddətinin uzaldılmasına MÜNASİBƏT: “...Asan olmayacaq”
Banuçiçək Kalbalıyeva
09:30 12.03.2020
Elm və Təhsil
1075
Kamran Əsədov:“Distant təhsil sistemi qaydasında olsa idi, bu əmrə ehtiyac qalmazdı”
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb. Əmrdə qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.
Bəs tələbələr isti yay günündə necə dərsə gedəcəklər? Axı bu, bəziləri üçün diskomfort yaradacaq.
Təhsil eksperti Kamran Əsədov əmrlə bağlı “Sherg.az”a münasibət bildirib. O, düşünür ki, ali təhsil müəssisələri indidən buna hazırlıq görməlidirlər:
“Əmr ancaq universitetlərə aiddir. Çünki orta məktəblərin heç də hamısında lazımi şərait, o cümlədən havalandırma sistemi yoxdur. Universitetlərdə isə vəziyyət nisbətən yaxşıdır. Buna baxmayaraq, dərslərin dayandırılmasından istifadə edən rektorlar çatışmazlıqları aradan qaldırmalıdırlar. Çünki doğrudan da, isti yay ayında dərsə getmək və auditoriyalarda oturmaq tələbələr üçün asan olmayacaq”.
K.Əsədovun fikrincə, distant təhsil sistemi qaydasında olsa idi, bu əmrə ehtiyac qalmazdı:
“Belə fövqəladə vəziyyətdə ən optimal çıxış yolu distant təhsildir. Ancaq bizdə hələ bu sistem inkişaf etməyib. Əgər distant təhsil inkişaf etsə idi, bu əmrə ehtiyac qalmazdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya