Tələbə təqaüdü ilə bağlı yeni qayda DƏSTƏKLƏNDİ: “Ədalətlidir!”
Banuçiçək Kalbalıyeva
08:34 10.03.2020
Elm və Təhsil
2337
Kamran Əsədov:“Düşünürəm ki, bundan sonra tələbələr dərslərinə daha yaxşı motivasiya olacaqlar. Həm də qrupda rəqabət yaranacaq”
Tələbələrə təqaüd təyin olunması qaydası dəyişib. Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”a əlavələr edib. Qaydaya edilən əlavəyə əsasən isə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək.
Yeni qaydanı dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunun ədalətli olduğunu deyib:
“Bəziləri belə başa düşürlər ki, kəsri olan tələbə tələbəlik dövründə heç vaxt təqaüd almır. Belə deyil. Sadəcə tələbə akademik borcunu ödəməlidir. Daha sadə dillə desək, əgər tələbənin cari yarım ildə kəsri varsa, o, 25 faiz qaydası ilə və ya alt qrupdan istifadə etməklə kəsrini bağlayıb təqaüd ala bilər. Bu dəyişiklik gec-tez olmalı idi. Əvvəlki qayda ədalətsiz idi. Düşünürəm ki, bundan sonra tələbələr dərslərinə daha yaxşı motivasiya olacaqlar. Həm də qrupda rəqabət yaranacaq”.
Qeyd edək ki, əvvəlki qaydaya əsasən tələbəyə təqaüd verilməsində kəsr nəzərə alınmırdı. Bu zaman yalnız tələbələrin semestr ərzindəki akademik göstəriciləri əsas götürülürdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm