Tualet problemi ilə gündəmə gələn məktəbə baş çəkdilər - RƏSMİ + FOTO
Tualet problemi ilə gündəmə gələn məktəbə baş çəkdilər - RƏSMİ + FOTO
Yusif Nəzərli
13:52 12.01.2023
Elm və Təhsil
2252
Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar.
Nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır.
Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğunun əsas şərtlərdən biri olduğunu vurğulayan Elnur Nəsibov məhz belə mühitin təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və onun inkişafına şərait yaratdığını bildirib. Məktəb infrastrukturunun yenidən qurulması istiqamətində görülən işləri diqqətə çatdıran nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib.
Elnur Nəsibov həmçinin, qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacağını vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını əlavə edib.
Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim Leyla Nəcəfquliyeva dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım etsə də, Mil-Muğan Regional Təhsil İdarəsi bunu inkar edib. Bildirilib ki, L.Nəcəfquliyeva 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi üçün töhmət alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya