Uşaq 1-ci sinfə başlamamış repetitor yanına gedir – Kimdir müqəssir?
Yusif Nəzərli
13:01 20.04.2023
Elm və Təhsil
637
Elmin Nuri:“İbtidai təhsilin nüfuzu, keyfiyyət göstəriciləri ilə bağlı vəziyyət ürəkaçan deyil”
“Bəzi ibtidai sinif müəllimləri repetitorluq sevdasından əl çəkməsələr, təhsilin ilkin mərhələsi inkişaf etməyəcək”
"İbtidai sinif şagirdlərinin hazırlığa getməsi Azərbaycan təhsilində ciddi problemlərdən biri hesab edilməlidir".
Bunu "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ibtidai təhsildən danışarkən deyib. Onun sözlərinə görə, təhsilin bünövrəsi, gələcəyi məhz ibtidai sinif biliklərindən asılıdır:
"Təəssüf ki, ibtidai təhsil hər zaman ikinci planda qalır. Az qala formal səciyyə daşısın. İbtidai sinif müəllimləri ali məktəbə ən aşağı balla qəbul olunan kəslərdən sayılırdı. Getdikcə bu tendensiya qaydasına düşür. Amma orta təhsil müəssisələrində ibtidai təhsilin nüfuzu, keyfiyyət göstəriciləri ilə bağlı vəziyyət ürəkaçan deyil.
Çox təəssüf ki, arzuolunmayan addımlarla yadda qalan müəllimlərimiz az deyil. Zaman-zaman bu barədə sosial şəbəkələrdə, media resurslarında yazmışam, televiziya proqramlarında çıxış etmişəm. Əfsuslar olsun ki, ibtidai sinif müəllimləri az qala bizi linç etsinlər.
Hazırda sanki ali məktəblərə tələbə hazırlayan repetitorları da üstələyiblər. Bəzilərinin əsas məqsədi dərs keçmək yox, repetitorluq fəaliyyəti ilə məşğul olmaqdır. Aydındır ki, hazırlıq keçmək əlavə gəlir qazandırır. Aşağı yaş qrupları ilə işlədikləri üçün valideynlərə birbaşa nüfuz etmək bacarıqları çox yüksəkdir. Hər sinfin müəllim və valideynlərdən ibarət “WhatsApp” qrupu açılır.
Qrupda hegemonluq edən bir neçə valideyn var ki, müəllimlə sanki ortaqdırlar. Şagird hazırlığa getmirsə, artıq o, müəlliminin gözündə çıxdaş hesab edilir. Amma başa düşmür ki, azyaşlı həssasdır, onun psixologiyasını sındırmaq, məhv etmək su içmək kimi asandır.
Bu zaman həmin istisna müəllimlər onun yanında əlavə hazırlığa gələn şagirdə daha çox diqqət göstərirlər. Ünsiyyətdə, davranışda daha yaxşı olmağa çalışırlar. İbtidai təhsilimizin əsas faciəsi budur. Dövlət müəyyən mənada öz işini görür.
Sertifikasiya prosesinə ibtidai sinif müəllimlərindən başlanıldı.
Uğur qazananların əmək haqqı da artırıldı. Nəzərə almaq lazımdır ki, özünü şagirdləri üçün fəda edən, ibtidai sinif müəllimləri də var. Bəzi ibtidai sinif müəllimləri repetitorluq sevdasından əl çəkməsələr, təhsilin ilkin mərhələsi inkişaf etməyəcək.
Təhsili ən birinci korlayan kateqoriya valideynlərdir. Orta təhsil müəssisələrində ibtidai biliklər yaxşı deyilsə, məktəb rəhbərliyi, Regional Təhsil İdarələri yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etmək olar. Amma uşağın 1-ci sinfə getməmiş repetitor yanında hazırlaşmağı yaxşı hal deyil. Bünövrə olmayanda mərtəbələr də, divarlar da yaxşı qurulmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət