Yaxın gələcəkdə onlayn təhsil də fərqli olacaq: Müəllimlərin rolu dəyişəcək
Banuçiçək Kalbalıyeva
23:16 25.03.2021
Elm və Təhsil
778
“Texnologiyalar 2020-ci ildə təhsil sahəsində tam hökmranlıq etdi. Yeni texnologiyalar tələbə və məktəblilərə yeni məlumatları daha asan əldə etməyə imkan verdi. Xüsusilə, böyük şəhərlərdə yaşayanlar üçün əlverişli oldu”.
Bu sözlərin müəllifi təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında fikirlərini belə izah etdi:
“2019-cu ildə dünyada onlayn təhsil bazarının həcmi 6,5 trilyon dollarla ölçülüb. 2025-ci ilin proqnozu 8, 2030-cu ilin proqnozu isə 10 trilyon dollardır. Rusiyada onlayn təhsil bazarı 2019-cu ildə 38,5, 2023-cü ilə qədər isə 60 milyard rubla çata bilər. Lakin artıq 2020-ci ildə pandemiya səbəbindən artım 60% təşkil etmişdi. Yaxın gələcəkdə onlayn təhsil də fərqli olacaq. Hər şeydən əvvəl müəllimlərin rolu dəyişəcək. Onlar yalnız müəyyən məzmun yaratmaqla yanaşı, mentor kimi çıxış etməyə başlayacaq, şagirdlərə psixoloji dəstək göstərəcəklər. Onlayn təlim prosesi özü daha maraqlı, həyəcanverici olmalıdır. Onun fokusu hər tələbənin yüksək bacarıqlarının inkişafı üçün bütün informasiyanı hər kəsə ötürmək istəyinə əsaslanmalıdır. Onlayn təhsilin daha keyfiyyətli olması üçün yeni tədris formatları və fərdiləşdirilmiş yanaşma lazımdır. Bu zaman hər bir şagirdin bilik qiymətləndirmə sistemi ilə fərdi təlim trayektoriyalarını qurmaq mümkün olacaq. Artıq 5 ildən sonra onlayn təhsil bazarının həcmi 350 milyard dollara çatacaq. İndi uzaqdan təhsil sənayesi ən sürətli və perspektivli sənayelərdən birinə çevrilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm