“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər
10:13 04.09.2021
Elm və Təhsil
526
“Yüksəliş” müsabiqəsinin qalibləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər.
"Report" xəbər verir ki, müsabiqənin qalibləri Şuşaya çəkilən “Zəfər yolu” boyunca səfər zamanı Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazanmış müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq və quruculuq işləri ilə tanış olublar.
Onlar səfər çərçivəsində Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər olan, professional vokal məktəbinin qurucusu sayılan Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyində olublar. Hər iki tarixi mədəniyyət ocağında təmir-bərpa və yenidənqurma işləri aparıldıqdan sonra avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.
Səfər iştirakçıları daha sonra Şuşanın tarixi tikililərindən olan və erməni işğalı dövründə dağıntılara məruz qalan Mehmandarovların malikanə kompleksinə baş çəkərək təmir-bərpa işləri ilə tanış olublar. Eyni zamanda, səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər.
Sonda səfər çərçivəsində Şuşa qalasına və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan üç sərgiyə baxış olub.
Səfərdə “Yüksəliş” müsabiqəsinin 27 qalibindən 20 nəfəri iştirak edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya