Sosial şəbəkə hesablarımızı necə qoruyaq? - Ekspertdən TÖVSİYƏ

Xalq artisti Aygün Kazımovanın "Instagram" hesabı oğurlanıb.
Hesabı ələ keçirən meksikalı haker sənətçinin səhifədə olan bütün foto və videolarını siliblər. Hesabın profil fotosuna öz şəklini qoyan kiberçinayətkar, informasiya bölümünə bu sözləri qeyd edib:
"Aktiv insanlar, bu bizim 2024-də bütün bayraqlara salamlarımızdır. Biz sizə dəstək olmaq üçün buradayıq".                                                                                        
Qeyd edək ki, Xalq artistinin oğurlanan hesabını 1.4 milyon nəfər izləyir.
Belə bir vəziyyətdə sual ortaya çıxır. Şəxsi hesabların təhlükəsizliyini qorumaq üçün nə etməliyik?

Məsələ ilə bağlı "Sherg.az"a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki,son vaxtlar Azərbaycanda və digər dünya ölkələrində sosyal şəbəkələrə kütləvi şəkildə hücumlar mövcuddur :

" Bəzi səhifələr şəxsi məqsədlə oğurlansa da, böyük səhifələr xarici kriptovalyutaların satışı üçün oğurlanır. Böyük izləyici kütləsi olan hesablar daha çox diqqəti cəlb edir. Bu kimi hücumlardan qorunmaq üçün ikili identifikasiyanın aktivləşdirilməsi tövsiyə olunur. Bu tam olmasa da yüzdə 90 faiz oğurluğun qarşısını alır. Bu sistem hazırda ən güvənli, sərfəli və əlverişli yoldur. Paylaşdığınız məlumatları istəmədəyiniz şəxslər üçün bağlayın. Güclü parol yaradın və parolunuzu heç kimlə bölüşməyin. Ad, doğum tarixi, telefon nömrəsi kimi məlumatları şirfələmədə istifadə etməyin. Daha çox rəqəmdən, böyük hərflərdən, fərqli simvollardan istifadə edin".