
"Qarabağ" Bakıda "Lion"a "Nant"ın aqibətini yaşadacaq -Kənan Həkimov
13:11 20.11.2024
İdman
678
Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.
Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Oyunla bağlı fikirlərini bölüşən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a deyib ki, "Qarabağ"la oyundan öncə Fransanın "Lion" klubunun böhranda olması ilə bağlı mətbuatda xəbər çıxdı:

"Rəqib komanda hazırda maliyyə çətinlikləri yaşayır. Bu amil ola bilər ki,"Lion"a psixiloji baxımdan təsir göstərsin. Amma istənilən halda heyətlərində kifayət qədər güclü futbolçular var. Digər tərəfdən Ağdam klubunun da Norveç səfərində "buzu əritmə"-sindən sonra doğma azarkeşlər önündə ardıcıl ikinci qələbəsini qazanacağına çox ümid edirəm. Artıq 13000 biletin satılması da komandamıza olan inamdan irəli gəlir. "Qarabağ" Bakıda Fransanın digər klubu "Nant"ı 3:0 hesabı ilə məğlub edən komandadır. Niyə bu dəfə eyni aqibəti Tofiq Bəhramov adına Respublika stadionunda "Lion"a yaşatmasın? Üstəlik komandanın aparıcı fiqurlarından Yankoviç də hazırda yaxşı forma yığmağa başlayıb. Veşoviç heyətə qayıdıb. Bir sözlə, oyun öncəsi "Qarabağ"ın lehinə olan pozitiv məqamlar yetərincədir. Yeni formatda keçirilən Avropa Liqasının bu mərhələsində təmsilçimizin qazanacağı xal və ya xallar turnir cədəvlində bir qədər də irəliləyimizə səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət