"Apple" şirkəti patent pozuntusuna görə 634 milyon dollar cərimələnib

ABŞ-nin Kaliforniya məhkəməsinin qərarına əsasən, "Apple" şirkəti qanda oksigen səviyyəsini ölçmə texnologiyası ilə bağlı patent pozuntusuna görə "Masimo" şirkətinə 634 milyon dollar ödəməlidir.

Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhkəmə qərarında "Apple Watch" smart-saatlarının bəzi funksiyalarının "Masimo"nun patent hüquqlarını pozduğu qeyd edilib.

"Apple"ın nümayəndəsinin sözlərinə görə, şirkət məhkəmə qərarı ilə razılaşmır və apellyasiya şikayəti verməyi planlaşdırır:

"Son 6 il ərzində "Masimo" tərəfindən "Apple"a qarşı qaldırılan 25-dən çox patent iddiasının əksəriyyəti etibarsız hesab edilib. İddia olunan patentin müddəti 2022-ci ildə bitib və köhnəlmiş texnologiyaya aiddir".