Yaponiyanın avtomobil istehsalçısı olan "Honda" şirkəti arxa asqı komponentlərində nasazlıq səbəbindən ABŞ-də 880 514 avtomobilin geri çağırılması kampaniyasına başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib.
NHTSA-nın məlumatına görə, geri çağırılma "Honda Pilot", "Honda Ridgeline", "Honda Passport" və "Acura MDX" avtomobillərinin bəzi modellərinə adi edilir. Nasaz avtomobillərdə arxa asqı komponentlərində, o cümlədən asqının arxa rıçaqlarında problemlər yarana bilər ki, bu da nəqliyyat vasitəsinin idarəetməsinin və ona nəzarətin itirilməsinə gətirib çıxara bilər, bu da qəza vəziyyətinin yaranması riskini artırır.
Bundan əlavə, "Honda" dilerləri pulsuz diaqnostika keçirəcək və zərurət olarsa, asqının nasaz komponentlərini pulsuz təmir edəcək və ya dəyişdirəcəklər.