Süni intellektin təhsilə inteqrasiyası: “Rəqəmsal Məktəb” inqilaba hazırlaşır
Yusif Nəzərli
11:29 13.07.2025
Texnologiya
626
“Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir. Son aylar ETN süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq göstərir”.
Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Forum prezidenti xatırladıb ki, bir müddət əvvəl Nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, EduAzGPT ideyası üzərində işlərin başladığı açıqlanmışdı:
“Bu təşəbbüs çərçivəsində ETN rəsmiləri Dubayda "Microsoft"un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə uyğunlaşdırılmış AI modelinin – EduAzGPT-nin texniki planlaşdırılması müzakirə olunmuşdu.
İndi isə məlumat verilib ki, nazir Emin Əmrullayev BƏƏ-nin qabaqcıl AI texnologiya şirkəti “Presight” (G42 Group) ilə keçirilən görüşlərdə süni intellekt əsaslı həllərin “Rəqəmsal Məktəb” platformasına inteqrasiyasını müzakirə edib.
Yəni burada əsas müzakirə mövzusu bu AI modellərinin bizim bilik bazamız – yəni təhsil məzmunumuzla necə uyğunlaşdırılacağı və istifadəyə necə çıxarılacağıdır. Düşünürəm ki, ETN-in bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir.
Əgər "Presight" kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə, demək, ortada ciddi niyyət var.
Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də, buradan belə qənaətə gəlmək olar ki, ETN epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir”.
O.Gündüzün sözlərinə görə, ETN EduAzGPT ilə təməl və dil modeli qurmağı hədəfləyir, Aİ sahəsində dünyaca məşhur "Presight" ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir:
“Çox güman ki, məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli AI modelinə çevirməkdir. Fikrimcə, ETN-in "Microsoft" və G42 kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellekt əsaslı yerli resursların hazırlanması təhsilin və Aİ sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya