Dünyada nadir hadisə: Lilia 3 ay ərzində iki dəfə doğdu - FOTO

Qazaxıstanda bir qadın may ayında qız uşağı dünyaya gətirib. Maraqlı məqam odur ki, aradan 3 ay keçəndən sonra avqust ayında həmin qadın yenidən uşaq doğub. Bu dəfə o dünyaya oğlan uşağı gətirib

Sherg.az xarici mediaya istinadən bildirir ki, Qazaxıstanın Səhiyyə Nazirliyi belə hadisəyə çox nadir rastlandığını açıqlayıb. 
Qeyri-adi hadisə Qazaxıstanın qərbindəki Uralsk şəhərində baş verib. 24 may 2019-cu ildə qız doğan 29 yaşlı Lilia Konovalova 3 ay sonra bir də oğlan uşağı doğub. Səhiyyə nazirliyi olaya belə münasibət bildirib: “Uralskda bənzəri olmayan hal meydana gəldi. 29 yaşlı Lilia Konovalova 3 ay fərqlə 2 uşaq doğdu. Lilianın ilk qızı, 3 ay sonra isə uzun zamandır gözlənən oğlu dünyaya gəlib”.

Əlli milyonda bir...


Nazirlik bu halın çox nadir olduğunu bildirərək, 50 milyonda bir gerçəkləşdiyini açıqlayıb. Həkimlər bu nadir halın Lilianın 2 ruşaqlıq orqanına sahib olması ilə əlaqələndirərək, uşaqların ayrı-ayrı orqanlarda inkişafını güman edirlər. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu