Universitet tələbəsinin sirli ölümü...



Türkiyənin İzmir şəhərinin Buca qəsəbəsində universitet tələbəsi Sude Yalvaç (24), tək yaşadığı 5-çi mərtəbədən yerə düşərək həyatını itirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, gənc qızın ölümündəki sirr pərdəsi cəsədin yarılmasından sonra işıqlanacaq.
Dokuz Eylül  Universitetin 2-çi kursunda alman dilli müəllimliyi oxuyan Sude Yalvaç, dünən səhər tək yaşadığı Yeni gün məhəlləsi 264/1 küçəsində yerləşən binanın 5-çi mərtəbəsindən betonun üzərinə düşüb. Hadisə yerinə gələn sağlamlıq qrupları, gənc qızın həyatını itirdiyini təyin ediblər. Polis qrupları hadisə yerində və gənc qızın evində geniş diametrli araşdırma aparır.

Sude Yalvaçın cəsədi yarılmaq üçün İzmir Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb. Polis hadisənin intihar olub, olmadığını araşdırır.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu