Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində tədbirlər keçiriblər. Nəticədə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Qurum bildirib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub.
Saxlanılan şəxslər barəsində araşdırma aparılır.