Azərbaycanın tranzit əhəmiyyəti böyükdür - ŞƏRH

“Azərbaycan tarixən öz geostrateji və coğrafi mövqeyinə görə, tranzit baxımından hər zaman ən aktual bölgə olub”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib. 

İqtisadçı bildirib ki, etibarlı tranzit ölkəsinə çevrilməkdən ötrü ilk növbədə sabitlik və mehriban qonşuluq siyasəti lazımdır: 

“Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə çox yaxşı münasibəti var. Bizim xarici siyasətimiz və qonşu ölkələrlə əməkdaşlığımız diplomatik əlaqələrin ən üstün formasıdır. Hər biri ilə yüksək səviyyədə münasibətlərimiz formalaşıb. Qonşu dövlətlərlə viza rejimi aradan qaldırılıb. Azərbaycan vətəndaşları bütün qonşularına vizasız gedib-gələ bilirlər. Tranzit ölkə statusunu ən yüksək zirvəyə çatdırmaq üçün sadəcə kommunikasıyaların qurulmasına ehtiyac var idi. Onu da ən qısa müddətdə reallaşdıra bildik. Azərbaycan dünya və regional səviyyəli 3 meqalayihə reallaşdırıb. Artıq dördüncü layihə də yol üstündədir”. 



İqtisadçı: "Azərbaycan dünya və regional səviyyəli 3 meqalayihə reallaşdırıb. Artıq dördüncü layihə də yol üstündədir"


İqtisadçı vurğulayıb ki, bütün bu layihələr ölkəmizin tranzit əhəmiyyəti xeyli artırıb: 

“Söhbət sadəcə həmsərhəd qonşulardan getmir. Dünyanın super ölkələrindən olan Yaponiya kimi dövlət Avropaya çıxmaq üçün siyasi və iqtisadi cəhətdən ən optimal və əlverişli marşrut kimi məhz Azərbaycanı görür. Eyni zamanda Hindistan, Pakistan, dünya iqtisadiyyatının flaqmanı sayılan Çin və Rusiya üçün Azərbaycan ərazisi ən alternativ variantdır. Azərbaycanın multiəlverişli olması bir çox dünya ölkələrini cəlb edir. İndi bizim məqsədimiz bu mövqeyi daha da gücləndirmək və qısa zaman kəsiyində Azərbaycanı qeyri-neft sektorunda da mühm dövlətə çevirməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu