Azad İsazadə: "Məktəbdə psixoloq işləyən şəxsin əlində ən azı bakalavr diplomu olmalıdır"

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.

Psixoloqların diaqnostik qiymətləndirilməsinin yaxşı hal olduğunu deyən psixoloq Azad İsazadə Sherg.az-a bildirib ki, bu qiymətləndirmənin böyük proqram çəriçivəsində olması vacibdir:

“Qiymətləndirmə sadəcə olaraq psixoloqların işdə saxlanıb-saxlanılmaması üçün keçiriləcəksə, bu havayıdır. Bəzən psixologiya üzər təhsil almayan sadəcə müəyyən kurslardan keçən insanların, psixoloq kimi çalışması praktiki olaraq qeyri-mümkündür. Belə hallar varsa, deməli, qayda-qanun pozulub. Çünki məktəbdə psixoloq işləyə bilən şəxsin əlində ən azı bakalavr diplomu olmalıdır. Bu gün diaqnostik qiymətləndirmədən keçən psixoloqların olması təqdirəlayiqdir. Amma daha yaxşı olardı ki, psixoloqları əvvəlcə hansısa vahid kurslardan və təkmilləşdirmədən keçirsinlər.

"Qorxuram ki, indi diaqnostik qiymətləndirməni keçirərək sadəcə psixoloqları yoxlayacaqlar və zəif olanları işdən kənarlaşdıracaqlar"


Məktəblərdə işləyən psixoloqların qarşısına vahid iş proqramı və planı qoyulmalıdır ki, onlar bu proqramla işləsinlər. Həmin planın içində psixoloqların təkmilləşdirilməsi olmalıdır və hər bir təkmilləşdirmənin nəticəsində də sertifkat veriləndə testlər keçirilməlidir. Deməli, biz psixoloqların iş keyfiyyətini də qaldıracağıq. Məktəb psixoloqlarının üstünə həddindən artıq çox düşürlər. Hələlik məktəblərdə şagirdlərlə işləmək üçün vahid proqram və plan yoxdur. Qorxuram ki, indi diaqnostik qiymətləndirməni keçirərək sadəcə psixoloqları yoxlayacaqlar və zəif olanları işdən kənarlaşdıracaqlar. Reallıqda isə məktəblərdə psixoloq çatışmazlığı var. Nə etmək olar? Psixoloqlar pis ya da yaxşı işləyirlər. Deməli, psixoloq statusu qalxmalıdır, psixoloq azı müəllimlə eyni statusda olmalıdır. Bu gün məktəblərdə psixoloqlar müəllimlərdən daha aşağı statusdadır. Söhbət sosial statusdan gedir. Məktəbdə ən yaxşı halda 2-3, bəzilərində isə 1 psixoloq işləyir. Halbuki psixoloqların sayı çoxalmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu