YAŞAMAĞIN MƏNASI - Nazim Aslanın 60 illik yubleyinə

Mahiyyətindən, məzmunundan və formasından asılı olmayaraq hər kəs öz taleyini yaşayır - davranış tərzi ilə, vərdişləri ilə, sevinci ilə, kədəri ilə, qayğıları və problemləri ilə. 1960-cı ilin 22 fevral tarixində Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açmış Nazim Aslan da (Nazim Aslan oğlu Vəliyev) uşaqlığından bu günə kimi zəhməti, çalışqanlığı, zamana və hadisələrə adekvat münasibət göstərmək bacarığı ilə öz həyat yolunu gəlməkdədir. Dünyaya göz açdığı Tovuz rayonunun Bozalqanlı kəndində ciyərlərinə çəkdiyi hava kimi saf, su kimi duru uşaqlığını da elə oarada keçirmiş, respublikada kifayət qədər məşhur olan Bozalqanlı kənd orta məktəbini bitirmişdir. 

İndiki  Azərbaycan Neft və Sənaye Universitetini “neftçıxarma mühəndisi” ixtisası üzrə bitirdikdən sonra 1997—1982-ci illərdə ADNA, 1998-2002-ci illərdə Dövlət İdarəçilik Akademiyasını müvəffəqiyyətlə bitirmiş, Ümumdünya texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyasi üzrə Texnika elmləri doktoru elmi dərəcəsinə qədər yüksəlmişdir. İşinə olan marağı və məhəbbəti onun illər keçdikcə çalışdığı müəssisədə (SOCAR) “neft yataqlarının işlənilməsi” ixtisası üzrə pillə-pillə  ARDNŞ-in  Baş ofisində “Elm və texnika” şöbəsinin rəisi, paralel olaraq ictimai əsaslarla Baş ofisin “Həmkarlar İttifaqı Komitəsi” sədri vəzifəsinə yüksəlmiş, üzvü olduğu kollektivin hörmətini qazanmışdır. Yaradıcı əməyinin nəticəsi olaraq dəfələrlə müxtəlif fəxri fərmanlar, diplomlar və medallar olmaqla ARDNŞ və Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmışdır.

Əsas fəaliyyət növü ilə yanaşı həm də, hələ gənclik illərindən başlayaraq ədəbiyyata, poeziyaya, xalq yaradıcılığına, aşıq-saz sənətinə olan marağı onu ilk şeirlərini yazmağa sövq etmişdir. Hal-hazırda  “Qizil Qələm” mükafatı ilə təltif edilmiş Nazim Aslanın 2001-cildə “Sənsiz yaşamağa dəyməz” və 2011-ci ildə “İzin qalacaq” adlı iki şeir kitabı işıq üzü görmüşdür.

Sabah, 22 fevral 2020-ci il tarixində 60 illik yubileyini qeyd etməyə hazırlaşdığımız neftçi-şair Nazim Aslan hər zaman elinə-obasına, kəndinə-kəsəyinə, ailəsinə, qohumlarına, dostlarına və tanışlarına xüsusi sevgi, diqqət və qayğı ilə yanaşmışdır. 

60 illik yubileyi münasibəti ilə  neftçi dostumuz, şair dostumuz Nazim Aslanı səmimi qəlbdən təbrik edir, ona sağlıqlı uzun ömür, həyatında və fəaliyyətində daha yeni uğurlar arzulayıram. Ümid edirəm ki, şairin poetik duyğuları, hissləri, poetik yaradıcılığı ilə hələ tanış omağa imkanı olmamış oxucular, eləcə də, onu yaxından tanıyanlar  ücün müəllifi olduğu hər iki şeir kitabından bir neçə seçmələr vermək yerinə düşərdi.

SALDI

Tale yaman çəkdi məni sınağa
Çəndən çəkinirdim dumana saldı.
Bir damcı kədərim coşdu, qaynadı
Məni qəm mayalı ümmana saldı.
      
Arzum heçə çıxdı, ümid puç oldu
Şirin xəyallarım saraldı, soldu
Kədərin şaxtası saçıma doldu
Alnıma qırışdan nişana saldı.
      
Günahım nə imiş görən dünyada
Məni saldı belə aha, fəryada?
Qurtuluş axtardım, amma, nə fayda
Yönümü qaranlıq gümana saldı.
      
Dərdimi deməyə varmadı dilim
Köksümə çəkildi dağ dilim-dilim
Yaman ağır gəldi bu bahar ilim
Ömrün gənc çağında xəzana saldı.
      
Yandım için-için çıxmadı tüstüm
Oldu çilik-çilik sanki bəxt güzgüm
Vəfasız dünyadan, həyatdan küsdüm
Bəxtimi ömürlük zindana saldı.
      
Çəkildi göylərə ömür sarvanım
Yarı yolda qaldı həyat karvanım
Pozuldu dincliyim, nizam- rəvanım
Gecələr yuxusuz fəqana saldı.
      
Allah, bu cəzamı, sınaqmı, nəmi?
Bəsdir, yetər eylə çəkdiyim qəmi!
Rəhmin əsirgəmə, hifz et ailəmi
Desinlər rəbb özü sahmana saldı.

Bakı, 2006-ci il
      
         
GÖRƏDİR
      
Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!
      
İnsanın kökündən gəlir ləyaqət,
Genindən, qanından boy atır qeyrət,
Saflıq, mənəviyyat, dəyanət, ismət,
Abıra, həyaya, ara görədir!
      
Oxumaq, öyrənmək sevir zəhməti,
Əməllə qazanar insan şöhrəti,
Aqil müdrikliyi, alim qüdrəti,
Çıxardığı düz qərara görədir!
      
Olsa da bir kəsin çox var- dövləti,
Ola bilsin yoxdur heç ləyaqəti,
İnsanın şərəfli halal sərvəti,
Zəhmətdən boy tutan vara görədir!
      
Nazim, gəl qoru sən dost tək neməti,
Odur həyatında qazancın qəti,
Dostun dosta olan inam, rəğbəti,
Qazandığı etibara görədir

Bakı, 14.12.2000-ci il.
       
QOCALDIQMI?
      
Yaş üstünə bir yaş gəldi,
Ucaldıqmı bir il də biz?
Yaş da başa bir əngəldi,
Qocaldıqmı bir il də biz?
      
Uşaqlıqda yaşımızı,
Artırardıq hər kəs sorsa,
İndi ağsaç başımızı,
Qaraldarıq imkan o


Mikayıl Bozalqanlı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu