Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO


 Şotlandiyanın futbol üzrə Qadın Çempionatı Kubokunda heyrətamiz anlar yaşanıb.

Sputnik Azərbaycan Marca-ya istinadən bildirir ki, "Müqəddəs Mirren" klubunun kapitanı Ceyn O`Tul "Inverness Caledonian Thistle" komandasına qarşı oyunda dizindən zədə alıb. Rəqib oyunçu ilə toqquşub yıxılan Ceynin diz qapağı yerindən oynayıb. Ancaq qadın futbolçu özünü itirməyib və yumruqla diz qapağını yerinə salmağa çalışıb.


Rəqib oyunçular və matçın hakimi tibb işçilərinə meydana daxil olmağı işarə edərkən Ceyn dizini "düzəltməyi" bacarıb və oyuna geri dönüb. Oyunun qalan 30 dəqiqəsində kapitan, təəssüf ki, bu qəhrəmanlığına rəğmən, komandasına bir nəticə qazandırmayıb: "Müqəddəs Mirren" ICT-yə 6:0 hesabı ilə uduzub.





Paylaş

Bizi Facebookda izləyin
menu
menu