"Dua edirik ki, heç kimə heç nə olmasın" - Cavan Zeynallı

"Ya balkonda hava qəbul etdim, ya da küçədə. Nə fərqi var?"

Koronavirus pandemiyası  dünya gündəmini zəbt etməyə davam edir.  Dövlətimiz infeksiyasının qarşısının alıması yolunda təxirəsalınmaz tədbirlər həyata keçirir. Həkimlər və polislər ciddi rejimlə çalışır.

Xəstəxanalarda və karantin  düşərgələrində yüksək səviyyəli  şərait yaradılıb. Tibb universitetinin tələbələri könüllü şəkildə mübarizədə iştirak edir.  Daha çox yayılmaması üçün Operativ qərargahın qanunlarına əməl edərək zəruri hallar istisna olmaqla küçəyə çıxmamalıyıq. 

 Bütün vətəndaşlar kimi sənət adamları da vaxtlarını evdə keçirir. Qanunlara əməl edərək "evdə qal" kampaniyasını dəstəkləyirlər. 

Biz də "sherg.az" olaraq incəsənət xadimləri, ziyalılar ilə  əlaqə saxlayıb məsələhətlərini xalqa çatdırmağa çalışırıq. Növbəti müsahibimiz isə tanınmış müğənni, xalq artisti Cavan Zeynallı oldu. 

Söhbətimizi təqdim edirik.

- Əvvəlcə koronavirus təhlükəsi qarşısında  xalqa tövsiyələrinizi öyrənmək istərdik...

-Qərar verilib ki, 65 yaşdan yuxarı şəxslər evdə qalsın.  Ümumiyyətlə vacib deyilsə küçəyə çıxmasınlar. Hazırda online xidmətlər var. Nə lazımdırsa yazıb sifariş vermək olur. Dövlətin qanunları vacibdir. Koronavirus təhlükəsi dünyəvi, qlobal problemdir. Bir - iki ölkədə deyil, dünyada mövcud bəladır. Həm özümüzü, həm də əzizlərimizi qoruyaq. Dua edirik ki, heç kimə heç nə olmasın. Sağ salamat qurtulmaq naminə dövlətimiz evdən çıxmamağımızı istəyir. Əməl etsək nə olacaq ki? Hava çox gözəldir. Səhər yağış yağdı. Ya balkonda hava qəbul etdim, ya da küçədə. Nə fərqi var? Məhəllədə gəzdiyimiz kimi  evin içində də yeriyib, idman edə bilərik.  Şükür ev balaca deyil amma arada həyətə düşürük.  Binanın həyətində uşaqlar üçün meydança var. Ora da getmə desələr əməl edərik. Qanun qanundur. Qorunmaq lazımdır. Xeyrimizə danışırlar...

-Bəs özünüzü necə qoruyursunuz?

-Maska, əlcək geyinirik. Spirtlərdən istifadə edirik. Hamısından bol-bol almışıq. Hətta evə qonaq gəlir. Onu yola salanda maska və əlcək veririk. Spirtlə qapının qulplarını silirik, təmizləyirik. Dövlətimizdən çox razıyam.  Xalqını yüksək belə səviyyədə qoruyan ikinci ölkə tanımıram. Prezidentimiz, dəyərli Mehriban xanım insanlar üçün həyəcanlıdır. Tədbirləri o qədər ciddi, ürəklə həyata keçirirlər. Onlara səmimi qəlbdən  təşəkkürlərimi bildirirəm. Can sağlığı arzu edirəm...

-Yəni gigiyena qaydalarına riayət edərək koronavirusla mübarizə aparırsınız...

-Ümumiyyətlə  hər zaman əl yuyulmalıdır. Hətta bayırdan evə gələndə əlimizi təmizləmədən paltonu çıxarmırıq ki, mikrop ola bilər.  Virus olmamışdan qabaq təmizlik normalarına  fikir vermişik. Bunlar olmalıdır. Adi gigiyenik qaydalardır. Əməl edə bilməyənlər,  imkanı olmayanlar var. Elə işlər də çalışırlar ki, hər dəqiqə yuya bilmirlər. Amma  gündəlik gigiyena normalarıdır və diqqət etmək lazımdır. Hazırda daha da ehtiyatlı  olmalıyıq.  Hökumətimiz gözəlliklər, rahat yaşayış imkanları yaradıb. İnsanlara dönə - dönə müraciət edirlər ki, özünüzü qoruyun. Nə etmək olar? Hər tədbiri görürlər. Allah prezidentimizi,  ailəsini qorusun. Biz də onların dediklərinə qulaq asırıq. İnşallah hər şey yaxşı olar. 

-Evdə vaxt necə keçir?

-Mənim ixtisasım oxumaqdır. Əsas odur ki, xalq məni dinləməyi, görməyi istəyir. Amma indi mümkün deyil. Hərdən zəng vururlar "Cavan müəllim darıxmışıq".  Deyirəm nə edək? Bütün xalq evdə oturub. Hazırda lazımdır. Sonra hər şey düzələcək!  Yaxşı olacaq!  Oxumaq  üçün darıxıram. Evdə özüm üçün oxuyub,  sevinirəm.  Bütün dünyanı gəzmişəm. "Qaya" ansamblı və Rəşid Behbudov ilə müxtəlif  ölkələrə getmişəm. Amma indi evdə otururam...

-Başqa məşğuliyyətləriniz də varmı?

- Əsas musiqiçiyəm. Xalq artisti adını yüksək səviyyədə musiqi ilə məşğul olduğum üçün verdilər. Professional müğənni, cazmenəm. Eldar Mansurov, Tofiq Quliyev kimi bəstəkarların əsərlərini oxumuşam. Ona görə əsas məşğuliyyətim musiqidir. Sənətim elədir ki gərək səhnəyə çıxaq, tamaşaçıları sevindirək. İndi televiziyada əsas filmlər nümayiş olunur, konsertlər yoxdur. Səbr etməliyik...

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu