"Azadlıq eşqi bu millətin qanına hopdu" - Akif Aşırlı


"Yüz iki il əvvəl qurucu babalarımız yoxdan var olan bir bayraq, bir dövlət yaratdılar". Bu sözləri tədqiqatçı -alim, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı AXC-in növbəti ildönümü ilə bağlı özünün feysbuk səhifəsində yazıb. O, tarixi gün münasibətilə Azərbaycan xalqına birlik arzulayıb:

"Azərbaycan müstəqil bir Cümhuriyyətin adına çevrildi, tarixləşdi. Min bir müşkülata, təhdidə, təzyiqə, soyqırıma məruz qalmağa baxmayaraq, 23 aylıq azadlıq eşqi bu millətin qanına hopdu. Rəsulzadə və əqidədaşlarının ucaltdığı bayraq enmədi. Yetmiş il ürəklərdə yaşadı, arzulara, dualara çevrildi və nəhayət, ucaldı. Qoy, həmişə bayrağımız ucalarda dalğalansın. Birliyimizi Tanrı qorusun, bir olaq, həmrəy olaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu