Kənddə qətliam: Torpaq davasında 5 nəfər öldü


Son xəbərə görə, Ərzurumun Çat rayonunun Köseler məhəlləsində Yıldız və Güneş ailələri arasında baş verən qarşıdurmada 5 nəfər ölüb, 4 nəfər yaralanıb.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün Çat rayonundan 16 kilometr məsafədə olan Köseler məhəlləsində yaşayan Yıldız və Güneş ailəsi arasında baş verib. Keçən il qız qaçırma səbəbi ilə düşmən olan iki ailə bu dəfə torpaq qovğasında üz-üzə gəlib.

Şahidlərin ifadələrinə görə, torpaqlarına gübrə tökməyə gedən Güneş ailəsini izləyən Yıldız ailəsinin üzvləri silahla hücum ediblər. Güneş ailəsinin də cavab verdiyi  qarşıdurmada Sıddık Güneş, Həsən Güneş, Baki Güneş, Sinan Güneş, Sıracettin Yıldız həyatlarını itirib.

Hadisədən sonra İ.Y və B.Y. ərazidən qaçıb. Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ərazidə geniş tədbirlər görüb. Kəndə girış - çıxışa icazə verməyən jandarmaya havadan da vertolyot dəstək verib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu