Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək

Qəzza zolağının yenidən qurulması 30-40 milyard dollara başa gələcək.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) hesablamalarında qeyd olunub.

Hesablamalara görə, İsrailin hücumu nəticəsində böyük ziyan dəymiş Qəzzanın yenidən bərpası üçün 30-40 milyard dollar tələb olunacaq və hətta Qəzzada müharibə bu gün bitsə belə, İsrailin havadan və qurudan hücumları nəticəsində dağılan bütün evlərin bərpası 2040-cı ilə qədər çəkəcək.

“Dağıntının miqyası çox böyükdür və misilsizdir”, - BMT Baş katibinin müavini Abdullah əl-Dərdari deyib. Onun sözlərinə görə, bu, qlobal ictimaiyyətin İkinci Dünya müharibəsindən bəri üzləşmədiyi bir missiyadır.