Başkəndin Ermənistana verilməsi və müzakirəsi qəbuledilməzdir -TƏHLİL

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, danışıqlar zamanı biz 31 kəndimizin həyati əhəmiyyət daşıyan əraziləri və təbii ki, delimitasiya prosesində olan Başkənd (Artsvaşen) məsələsini qaldırdıq:
“Əsas incəlik də budur: Almatı Bəyannaməsini prosesin əsas prinsipi kimi təsbit edəndə biz, ilk növbədə, bu sahədə delimitasiya aparmaq üçün qanuni hüququmuzu təsbit edirik".
Qeyd edək ki, deputat Rasim Musabəyov sosial şəbəkə hesabında Başkəndi Ermənistana vermək barədə fikir səsləndirmədiyini açıqlayıb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, delimitasiya və demokrasiya proseslərinə Başkənd daxil edilə bilməz:

"Azərbaycan Daşkəndi delimitasiya və demokrasiya proseslərinə daxil etməyəcək. ÇünkiBaşkənd Azərbaycanın tarixi torpağıdır. Bu ərazi Sovet Rusiyası dövründə zorla bizdən alınıb Ermənistana verilsə də, Azərbaycan Birinci Qarabağ müharibəsində Başkəndi geri qaytarıb. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsindən sonra Başkənd kimi Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artırma imkanı verən strateji əhəmiyyətli ərazini güzəştə gedə bilməz. Reallıq budur ki, Azərbaycanın qalib gəldiyi bir müharibə var. Belə bir şəraitdə Başkəndin Ermənistana verilməsi, və ya bunun müzakirəsi qəbuledilməzdir.