Liderə təşəkkür: “Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

İsmayıllı rayonunun Aşağıbaş kəndindən Pərvin Hüseynov ölkə liderinə yazır:

 “Hörmətli cənab Prezident, Sizin Azərbaycan dövlətinin inkişafında, ölkəmizin çiçəklənməsində rolunuz əvəzedilməzdir. Xalqımızın rifahı, ölkəmizin inkişafı daim Sizin diqqətinizin mərkəzində olub. Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz. Aztəminatlı ailələrə ayırdığınız 190 manat məbləğində birdəfəlik ödəmə Sizin qayğınızın göstəricisidir. Ailəmiz də bu qayğıdan bəhrələndiyinə görə Sizə təşəkkür edirik. Allah Sizi daim sevindirsin! Uca rəbbimizdən Sizə uzun ömür, cansağlığı arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu