Aşıq da narazıdır: “Müğənni yazıq gedib fəhləlik eləsin?!”

“Yetim müğənnilər  6-7 aydır işsizdir”

“Deyirlər ilin axırına qədər bu vəziyyət  davam edəcək . Bəs neynəməli,  necə dolanmalıdırlar?!”

 “Mall”lar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar”



“Şükür  Allaha  bəzi  müğənnilər  kimi kreditlə nə isə almamışam, ağıllı adamam. İnsan gərək  sabahanı da düşünsün, ağılla-başla  iş görsün”.
Bu sözləri “Sherg.az”a açıqlamasında  aşıq Namiq Fərhadoğlu deyib. O işlərini toy üzərində qurmadığını, başqa gəlirlərinin də olduğunu qeyd edib:  
“Müəlliməm, tələbələrim var.  Bundan da əlavə gündəlik iki saat efir aparıram, layihələrim var”. 

“Maddi sıxıntıları olan müğənnilərə gəlincə N.Fərhadoğlu vurğulayıb ki, Opreativ Qərargah və TƏBİB  sənət adamlarını da fikirləşməlidir:

Onlar da yazıqdır. Təkcə musiqidən anlayır, mahnı oxumağı bacarır. Neynəməlidir? Gedib fəhləlik etməlidir? Ona da  iş yoxdur.  Onlara da  yardım edilməlidir.  Beş-on gündən sonra məhərrəmlik ayı gəlir. Ən azından restoranlar açılsa, müğənnilər karantin olmayan rayonlarda  ailəsi üçün pul qazanar. Oğurluq  etmirlər ki?! Dövlətin tədbirlərində müğənnilər gedib, çıxış edirlər.  İndi də bu  yetim müğənnilər  6-7 aydır işsizdir.  Hətta deyirlər ilin axırına qədər bu vəziyyət  davam edəcək . Bəs neynəməli,  necə dolanmalıdırlar? 

Aşıq karantin dövründə etdiyi yardımlardan da söz açıb:

“Şükür Allaha öz işimi qurmuşam. Karantin dövründə   Gədəbəydə  100, Bakıda 500 nəfər olmaqla ümumillikdə 600 adama  yüksək  səviyyədə yardım göstərdim. “ARB” kanalından da gəlib çəkmişdilər.  Fiziki qüsurlulara, Qarabağ qazilərinə, imkansız  adamlara  “əl uzatdım”.  Bu bayramda da iki qurban kəsdim, 14 ailəyə payladım. İnstaqram da paylaşmışdım ki, ehtiyacı olan on dörd nəfər müraciət etsin. 

İnanırsız 150 nəfər yazdı. Dedim, vallah on dörd ailəni nəzərdə tutmuşam. İki qoyun idi, amma iki yüz adamın ehtiyacı var idi.  Dövlətimiz də  vətəndaşlara köməklik edir, sağ olsunlar... Heydər Əliyev Fondu nə qədər insana yardım göstərdi.

Onu da qeyd edim ki,   “Mollar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar. Çünki  biri  qabyuyandır, biri ofisiantdır, digəri kabab bişirir və sair işlərdə çalışanlar var.  Azərbaycanda hər şey restoran  üzərində qurulub”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu