“Artıq Qafan-Gorus yoluna nəzarət edə bilərik” - Tarixçi


Məktəb gündəliklərinin arxasında Dağlıq Qarabağın və ətraf rayonların işğal tarixlərinin düşmən tapdağından azad olunması günlərilə əvəzlənməsinə çox az qalıb. Hər gün, hər saat bizi Dağlıq Qarabağa daha çox yaxınlaşdırır.

Hərbçilərimiz addım- addım, qarış-qarış irəliləyir və, az qala, hər gün bizə qələbə xəbərləri bəxş edirlər. Bu günlərdə ətraf rayonlardan daha biri- Qubadlının şəhər mərkəzinda Azərbaycan bayrağı dalğalandı. Bu, Azərbaycan prezidentinin iradəsinin, ordumuzun yüksək peşəkarlıq və şücaətinin, xalqımızın birliyinin nəticəsidir.

 Tarixçi-alim Boran Əzizli Qubadlının azad olunması barədə “Sherg.az”a danışıb:



“Əlbəttə, düşməndən təmizlənən hər torpaq, hər ərazi bizim üçün əzizdir. Azad olunan torpaqlarımız Azərbaycan insanın uzun illərdir ürəyində gəzdirdiyi arzu və həsrətidir. Həmin arzu indi reallaşır, həsrət sona yetir. Qubadlının xüsusi əhəmiyyəti Ermənistan və İranla sərhəd olmasıdır. Məhz strateji əhəmiyyətinə görə ermənilər illər uzunu burada ev, məktəb tikirdilər. Bura xarici ölkələrdən ermənilərin köçürülməsi də təsadüfi deyildi. İkinci bir tərəfdən biz artıq Qafan-Gorus yoluna nəzarət edə bilərik. Bu isə Ermənistandan hansısa hücumun, həmçinin köməyin qarşısının alınması baxımından əhəmiyyətlidir. Qubadlı Dağlıq ərazidir. Bu, əhalinin xarakterinə də təsir edib. Belə ki, yerli camaat mərd və döyüşkəndir. Yarımifik xalq qəhrəmanı olan Qaçaq Nəbi də əslən Qubadlıdandır. Bu ərazi İranla sərhəddə yerləşdiyinə görə, həm də simvolik xarakter daşıyır, birliyi, həmrəyliyi səciyyələndirir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu