Türkiyəli akademik: “Senat uduzmuş Ermənistanın könlünü alır, amma...”

“Azərbaycanın Qarabağdakı böyük qələbəsindən sonra Fransa bu “qərar”ı tamamilə rədd etməli idi”

“Çünki indi Qarabağ Azərbaycana məxsusdur və burada başqa bir müstəqil idarəetmə qurmaq çox çətindir”


Məlum olduğu kimi, Fransa Senatı Azərbaycanın maraqlarına zidd olan, Qarabağdakı qondarma rejimin tanınmasını tövsiyə edən qətnamə qəbul edib. 305 nəfər səsverməyə çıxarılan qətnamənin lehinə səs verib. Qeyd edək ki, “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamənin qəbulu ölkəmizin ərazi bütünlüyünə qəsddir. Bu baxımdan bir qrup ermənipərəst, islamofob  senator tərəfindən təklif edilən qətnamə Qərb demokratiyasını ayaq altına atdı.

Qondarma rejimin tanınması ilə bağlı qətnamənin Fransa Senatında qəbulu beynəlxalq hüququn əsas prinsiplərinə kobud müdaxilədir.  Sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxması, özünün isə arxa planda qalmasından narahatdır. Qəbul edilən sənəd Fransadakı erməni lobbisinin və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın qərəzli qətnamə qəbul etməsinə bəraət qazandırmır.

Məlum qərar barədə fikirlərini “Sherg.az”la bölüşən Marmara Universitetinin doktoru, akademik Sərdar Oğuzxan Çaycıoğlunun fikrincə, bu qətnamə əslində Paşinyan rəhbərliyinin bir müddətdir ki, planladığı məkrli siyasətin ilk mərhələsi idi.

Akademik bildirib ki, Ermənistan münaqişələr zamanı nə qədər çalışsa da, qondarma respublikanın tanınması məsələsini Senata çıxara bilmədi: 

“Qətnamə sadəcə Fransa hökumətinə bir mesaj olsa da, hansısa əsasa malik deyil. “Sənəd” qəbul edildikdən sonra Paşinyan bunu Fransa Senatı tərəfindən atılan tarixi bir addım kimi qiymətləndirdi.

Lakin Paşinyanın bu münasibəti boş yerə qışqırmaqdan başqa bir şey deyil”.

S.O.Çaycıoğlu qeyd edib ki, Senatdakı qətnamə layihəsinin arxasında Fransadakı erməni təşkilatları dayanır.“Sənəd”in qəbulundan sonra Fransa xarici işlər naziri Jan-İv Le Drian, "Dağlıq Qarabağı müstəqil bir dövlət olaraq tanımaq heç kimə fayda verməyəcək" dedi. Onun açıqlamasında qərarın hökumət üçün məcburi olmadığı da ortaya çıxdı.

Fransa bu mərhələdə Rusiya və Türkiyənin Qarabağ münaqişəsinin gələcəyinə dair həll addımları qarşısında cəsarətləndirib yarı yolda buraxdığı Ermənistanın könlünü almağa çalışır.

Fikrimcə, Azərbaycanın Qarabağdakı böyük qələbəsindən sonra bürokratik ləngiməyə görə təxirə salınan bu “qərar”ı Fransa tamamilə rədd etməli idi.
Çünki indi Qarabağ Azərbaycana məxsusdur və burada başqa bir müstəqil idarəetmə qurmaq çox çətindir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu