Paşinyanın tərəfdarları güclənir

Ermənistan müxalifətinin Baş nazir postuna vahid namizədi Vazgen Manukyanın tərəfdarlarının qarşısı alınıb.

"Sherg.az" xəbər verir ki, erməni qaynaqlarının məlumatına görə, Sünik (Syunik) bölgəsinə səfər edən 16 siyasi qüvvənin təmsilçilərinin qarşısı yerli əhalinin etirazına səbəb olub, şəhərə gedən yollar bağlanıb. Paşinyanın əleydarlarının  bölgədə fəallaşması və  tədbir keçirmələrinin qarşısı alınıb.

"Çiçəklənən Ermənistan " partiyasının bölgəyə gələn üzvləri yolun açılması üçün əhali ilə danışıqlar aparsa da, buna nail ola bilməyiblər.