Slovakiyada peyvənd olunan şəxs öldü

Slovakiyada koronavirus peyvəndi olunan 79 yaşlı kişi anidən dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin xroniki xəstəliyi olub və peyvənd olunduqdan bir müddət sonra temperaturu qalxıb və səhhəti ağırlaşıb.

Həmin şəxsin kimliyi açıqlanmır.

Qeyd edək ki, bu kimi hallar bundan öncə Almaniya, Norveç və s. ölkələrdə də baş vermişdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu